Gürcüstandan ən çox avtomobil alan ölkələrin ilk 10-luğu – SİYAHI
Bu ilin yanvar-iyun aylarında Gürcüstandan minik avtomobillərinin ixracı 35,1% azalıb.

"Marneuli" radiosu NewsBureau-a istinadən xəbər verir ki, ilin I yarısında ixrac olunan avtomobillərin dəyəri 184,057 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə Gürcüstandan ən çox avtomobil idxal edən ölkələrin ilk 10-luğu belədir:

  • Azərbaycan – 10 257 ədəd (114,120 mln dollar)
  • Ukrayna – 275 ədəd (28,353 mln dollar)
  • Birləşmiş Ərəb Əmirlikləri – 147 ədəd (8,900 mln dollar)
  • Rusiya – 1 143 ədəd (6,262 mln dollar)
  • Belçika – 89 ədəd (4,700 mln dollar)
  • Tacikistan – 460 ədəd (3,286 mln dollar)
  • Qırğızıstan – 351 ədəd (3,180 mln dollar)
  • Ermənistan – 528 ədəd (3,145 mln dollar)
  • Türkiyə – 70 ədəd (2,533 mln dollar)
  • Qazaxıstan – 177 ədəd (2,242 mln dollar)
Print ელ. ფოსტა
FaceBook Twitter Google