Daxili İşlər Naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, əvvəlki
hökumət dövründə üç qat daha çox adamın həbs edildiyi zaman, 3 qat
daha çox cinayət törədilirdi.
Nazirin jurnalistlərə verdiyi məlumata görə, "seçkilərdir və
müxaliflər, əlbəttə, cinayətin artdığını deyəcək.
“Təəssüf ki, cinayətlə bağlı açıqlamam çox vaxt şərh olunur. Bəzən
belə çevrilirlər, bəzən belə. İllərə görə rəsmi məlumatlar və
statistikalar var. Siyasətçilər və jurnalistlər bu gün ölkənin
dağıldığını və cinayətin artdığını söylədikdə, sayta girib
məlumatları nəzərdən keçirsinlər. Nə qədər fərq olduğunu
görəcəksiniz. Həmişə azala bilməz əlbəttə, göstəricilər bəzən
azalan, bəzən artan olur, bu normal bir hadisədir. Köhnə hökumətdə
belə idi, indi isə belədir deməyi sevmirəm, amma təəssüf ki, bunu
vurğulamağa məcburam. 2012-ci ilin məlumatlarına əsasən,
həbsxanalarda 24 000-25 000 nəfər var idi, indi bildiyim qədər 9
000 nəfər də yoxdur. O vaxt 300 cinayət törədilirdisə, indi
cinayətlərin sayı 100-dür. 3 dəfə çox adam həbsdə oturarkən 3 dəfə
çox cinayət törədilib. Seçkilərdir və əlbəttə müxaliflər həmişə
cinayətin artdığını, ölkənin dağıldığını söyləyəcək",
– Qomelauri deyib.