404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/home/marneulifm/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
“Leyboristlər” partiyası rəsmi olaraq majoritar nəmizədlərini təqdim edib
Bu gün, 26 sentyabr tarixində “Leyboristlər” partiyası baş nazir, ölkə üzrə majoritar və merliyə nəmizədlərin siyahısını təqdim edib.

"Marneuli" radiosu "Mtavari" kanalına istinadən xəbər verir ki, partiya sədri Şalva Natelaşvili respublika üzrə 10 majoritar namizədin siyahısını açıqlayıb. Təqdimat mərasimi Tbilisidə keçirilib.

Marneuli və Qardabanidən majoritar deputatlığa rəsmi olaraq hüquqşunas Əli Bədirovun namizədliyi təqdim olunub.

Şalva Natelaşvili Əli Bədirovu bu cür təqdim edib: "Marneuli və Qardabanidən bizim namizədimiz əsl azərbaycanlı, əsl gürcü, hüquqşunas, vəkil və gürcü dilində yaxşı danışan Əli Bədirovdur."


Partiyanın bu il keçiriləcək parlament seçkilərində ölkə üzrə namizədləri bunlardır:

Telavi, Kvareli, Laqodexi, Axmetada - Nika Vardoşvili
Rustavi - Mixeil Kumsişvili
Marneuli, Qardabani - Əli Bədirov
Tetritskaro, Tsalqa, Dmanisi, Bolnisi - Temur Tsiklauri
Mesxeti - Qiorqi Çiturini
Msxeta-Mtianeti - Beka Natelaşvili
Zestafoni, Tkibuli, Tercola - Samson Quqava
Quria - Davit Mamaladze
Acara - Tariel Kalandarişvili

Xatırladaq ki, “Leyboristlər” partiyasının lideri Şalva Natelaşvili Nadzaladevidən "Birləşmiş Müxalifət"in majoritar namizədi olaraq irəli sürülüb.


FaceBook Twitter Google
დაიცავი დისტანცია