"Mtavari Arxi"-nin məlumatına görə "Gürcü Arzusunun" tərəfdarları
aksiya keçirildikdən sonra "Milli Hərəkat" tərəfdarlarına və Dairə
Seçki Komissiyasının üzvünə hücum edib.
"Mtavari Arxi"nin jurnalistinin sözlərinə görə Laşa Kveladzeyə
təxminən 10 nəfər hücum edib. Onu döyüblər. Kveladze sifət
nahiyəsindən xəsarət alıb və bu dəqiqələrdə təcili yardım xidməti
tərəfindən xəstəxanaya yerləşdirilib.
Ona məxsus olan maşın da sındırılıb. Məlumata görə maşında əyləşmiş
3 adamı da döyüblər və hücum edənlər arasında Bələdiyyə Məclisinin
sədri Amiran Qiorqadze də olub.
Qeyd etmək lazımdır ki,günün birinci yarısında Marneulinin 22 saylı
Dairə Seçki Komissiyası ərazisində mübahisə və fiziki qarşıdurma
baş vermişdi.
"Vahid Milli Hərəkat" və "Gürcü Arzusu" partiyasının nümayəndələri
mübahisə edib. Tərəflər baş vermiş mübahisədə bir-birini ittiham
edir. "Milli Hərəkat" Dairə Seçki Komissiyası ərazisinə etiraz
aksiyası keçirmək üçün getdikdən sonra vəziyyət gərginləşib. Onlar
Dairə Seçki Komissiyasının sədrinin seçilməsi prosesinə etiraz
ediblər. Prosesdə müxalifət iştirak etməyib.
"Marneuli" radiosu bu dəqiqələrdə hadisə yerinə gedir və
materialımızı yeniləyəcəyik.
****
Axşam saatlarında Marneulinin mərkəzində qarşdurma baş verib.
"Vahid Milli Hərəkat" partiyasının nümayəndələri Qivi Kveladze və
Laşa Kveladzeyə xəsarət yetiriblər.
Müxalifət partiyasının üzvlərinin sözlərinə görə, onların
tərəfdarlarına "Gürcü Arzusu"-nun üzvləri hücum edib. Hadisə
nəticəsində Q.Kveladze xəsarət alıb.
Hadisə yerinə polis səfərbər edilib.