"Mtavari Arxi"-nin jurnalistinə hücum ediblər
"Mtavari Arxi"-nin jurnalistinə hücum ediblər. Hadisə "Gürcü Arzusunun" qərargahı ərazisində baş verib. "Lelo"-nun Marneuli və Qardabanidən majoritar deputatlığa namizədi Murad Muradov "Marneuli" radiosunun canlı yayımında bildirdi ki, Ceyhun Muhəmmədəlinin başı yarılıb. Onun sözlərinə görə, təcili tibbi yardım briqadası gec gəlib. Bu dəqiqələrdə Ceyhunu xəstəxanaya yerləşdiriblər.

Əldə etdiyimiz məlumata görə, Ceyhun Muhəmmədəliyə və “Mtavari Arxi”-nin operatoruna canlı bağlantıdan sonra hücum ediblər.

Qeyd edək ki, günün birinci yarısında Marneulinin 22 saylı Dairə Seçki Komissiyası ərazisində mübahisə və fiziki qarşıdurma baş vermişdi.

"Vahid Milli Hərəkat" və "Gürcü Arzusu" partiyasının nümayəndələri mübahisə etmişdi. Tərəflər baş vermiş mübahisədə bir-birini ittiham edir. Vəziyyət "Milli Hərəkat" Dairə Seçki Komissiyası ərazisinə etiraz aksiyası keçirmək üçün getdikdən sonra gərginləşib. Onlar Dairə Seçki Komissiyasının sədrinin seçilməsi prosesinə etiraz ediblər. Belə ki, prosesdə müxalifət nümayəndələri iştirak etməyib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google