"Mtavari" kanalının jurnalisti Marneulidən Tbilisidəki xəstəxanalardan birinə aparılıb
Marneulidə "Gürcü Arzusu"-nun seçki qərargahının qarşısında hücuma məruz qalan "Mtavari" kanalının jurnalisti Tbilisidə yerləşən xəstəxanaların birinə aparılıb. Jurnalist əvvəlcə kəllə-beyin travması diaqnozu ilə Marneulidə yerləşən "Geo Hospital" klinikasına yerləşdirilmişdi.

Qeyd edək ki, bu gün axşam saatlarında "Gürcü Arzusu" və "Vahid Milli Hərəkat" partiyasının üzvləri arasında qarşıdurma baş verib.

Qarşıdurma zamanı "VMH" partiyasının üzvü Q.Kveladze və L.Kveladze xəsarət alıblar. Bununla yanaşı "Mtavari" və "Gürcüstan Birinci Kanalı"-nın çəkiliş qrupuna da hücum edilib.

Həmçinin "Mtavari" və "Gürcüstanın Birinci Kanalı"-nın çəkiliş qrupunun texnikasına da zərər dəyib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Marneulidə "Mtavari" və "Birinci Kanal" televiziya şirkətlərinin əməkdaşlarının peşə fəaliyyətinə mane olunması faktı ilə bağlı istintaq başladılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google