Ermənistan və Azərbaycan liderləri sülh danışıqlarına hazır
olduqlarını bildiriblər.
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gəlməyə və Dağlıq
Qarabağ münaqişəsini müzakirə etmək üçün İlham Əliyevlə görüşməyə
hazır olduğunu söylədi. Məlumatı erməni news.am saytı yayıb.
“
Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll
olunmalıdır. Bu bizim mövqeyimizdir. Təəssüf ki, Azərbaycan bu
fikirlə razılaşmır. Bu nəticəni əldə etmək üçün hər şeyi etməyə
hazıram", - deyə Nikol Paşinyan Rusiya TASS-a verdiyi
müsahibəsində qeyd edib.
Paşinyanın sözlərinə görə, münaqişənin həlli kapituliasiaya deyil
kompromisə əsaslanmalıdır.
"Qarşı tərəfin bu cür hazırlığı yoxdursa, Dağlıq Qarabağdakı
xalqımızın hüquqları uğrunda sona qədər mübarizə aparmağa hazırıq",
- Baş nazir dedi.
TASS-a verdiyi müsahibədə Azərbaycan Prezidenti də münaqişəni sülh
yolu ilə həll etməyə hazır olduğunu təkrarladı, lakin Ermənistan
rəhbərliyinin zərərverici bəyanatlarla danışıqlar prossesinə mane
olduğunu bildirdi.
İlham Əliyev hər şeyə baxmayaraq “
sabah erməni tərəfi
danışıqlar zamanı konstruktiv davranış göstərərsə, hərbi
əməliyyatları dayandırmağa” - hazır olduğunu
söyləyib.
"Biz danışıqlar aparmaq və münaqişəni həll etmək üçün
yollar tapmaq məqsədilə Moskvada da daxil olmaqla [erməni tərəfi]
hər yerdə görüşməyə hazırıq", - deyə Prezident İlham
Əliyev vurğulayıb.
Bu gün səhər Rusiya xarici işlər naziri Sergey Lavrov tərəflərin
yaxın gələcəkdə atəşkəsə nəzarət mexanizmini inkişaf etdirmək
barədə razılığa gələ biləcəyini söylədi. O, bir daha münaqişə
tərəflərini atəşi dayandırmağa və barışığa çağırdı.
Azərbaycan və Ermənistan tərəfləri arasında humanitar atəşkəs iki
dəfə qəbul edildi, lakin hər iki dəfə də atəşkəs qüvvəyə mindikdən
qısa müddət sonra tərəflər düşmənin atəşkəs şərtlərini pozduğunu
bildirdi.