Azərbaycan Ordusu bir sıra topraqları da erməni işğalından azad
edib.
Bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində
bildirib.
"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı
Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı,
Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun
Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu
xəbərini verib:
"Rəşadətli Azərbaycan Ordusu Zəngilan
rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı,
Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan,
Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
Mənbə:
apa.az