"Sonuna qədər mübarizə" - Paşinyan danışıqların artıq mənasız olduğunu söyləyir

"Başa düşməliyik ki, Qarabağ problemi, ən azından bu mərhələdə, diplomatiya yolu ilə həll oluna bilməz" – deyə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün, 21 oktyabrda Facebook-da canlı yayımda söyləyib.



Onun sözlərinə görə, Azərbaycan ikitərəfli bir uzlaşmaya razı deyil, buna görə də bu mərhələdə hər hansı bir danışıq mənasız olar.

“Bizim vəzifəmiz xalqımızın hüquqları uğrunda sona qədər mübarizə aparmaqdır. Bu o deməkdir ki, vətənimizi qorumaq üçün hamımız əlimizə silah götürməliyik. Bu proses effektiv şəkildə idarə olunarsa, bizim üçün məqbul olan diplomatik bir həll yolu tapacağıq, çünki bu gün Azərbaycan Qarabağın təslim edilməsindən başqa heç bir şeyə razı olmadığını söyləyir. Biz isə dəfələrlə Ermənistanın Artsaxsız mövcud ola bilməyəcəyini bildirdik."

Burada Paşinyan şəhər bələdiyyə sədrlərini və kənd idarələrinin rəhbərlərini erməni xalqının hüquqlarını qorumaq üçün könüllü birləşmələr yaratmağa çağırdı.

Paşinyanın açıqlamasından əvvəl Rusiya xarici işlər naziri Moskvada Ermənistan xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş keçirdi.

Ermənistan və Azərbaycan qüvvələri arasında müharibə artıq 25 gündür davam edir. Tərəflər arasında əldə edilmiş iki humanitar atəşkəsə baxmayaraq, döyüşlər davam dayanmayıb. Dünən Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin cənub hissəsində İran-Ermənistan sərhədindəki ən böyük yaşayış məntəqələrindən biri olan Zəngilan da daxil olmaqla yeni yaşayış məntəqələrini işğaldan azad etdiklərini elan etdi. Erməni tərəfi də öz növbəsində cəbhənin cənub hissəsində əks hücuma məruz qaldığını bildirdi.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google