Marneulidə beş saylı məktəbin yaxınlığında qəza baş verib
Bu gün, 26 oktyabr tarixində təxminən saat 15:00 radələrində Marneulidə, Rustaveli küçəsində qəza baş verib.

Marneulinin beş saylı ictimai məktəbinin qarşısında iki minik maşını toqquşub.

Hadisə şahidlərinin “Marneuli” radiosuna verdiyi məlumata görə, hadisə nəticəsində heç kim xəsarət almayıb və buna görə təcili yardım çağırmağa ehtiyac olmayıb.

Hadisə yerinə patrul polisi cəlb edilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google