Kvemo Kartlidə koronavirusa 89 yoluxma halından 52 güman ki, Marneulidə qeydə alınıb
Bu gün, 26 oktyabr tarixində Marneuli bələdiyyəsində güman ki, koronavirusa 52 yeni yoluxma halı qeydə alınıb.

“Marneuli” radiosu rəqəmləri istisnalar metodu ilə hesablayıb. Rəsmi statistikaya görə 26 oktyabr tarixində Kvemo Kartlidə ümumilikdə 89 yeni yoluxma qeydə alınıb.
Yerli özünüidarədən və İctimai Səhiyyə Mərkəzindən Marneulidə mövcud olan epidemioloji vəziyyəti ənənəvi olaraq bizdən gizlədirlər. Ona görə də məlumatı başqa metodla yoxlamağa cəhd göstərdik. Kvemo Kartliyə daxil olan bütün bələdiyyələrdə məlumatları ayrı-ayrılıqda müəyyənləşdirdik.

• Bolnisi - 11 yoluxma
• Qardabani - 16 yoluxma
• Tsalka - 0 yoluxma ი
• Rustavi- 1 yoluxma
• Dmanisi - 0 yoluxma


Tetritskaro bələdiyyəsindən dəqiq rəqəm bildirmədilər, ancaq qeyd etdilər ki, bu günə olan məlumatlara əsasən onlarda yoluxma halının sayı təkrəqəmlidir. Biz təkrəqəmli halları maksimum olaraq 9 hesabladıq. Buradan da belə çıxır ki, Kvemo Kartli mqiyasında 26 sentyabr tarixində ən çox yoluxma Marneulidə qeydə alınıb.
Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı 1872 nəfərə çatıb. 14 xəstə dünyasını dəyişib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google