Gürcüstanda təbii qazın tarifi başqa ölkələrlə müqayisədə nə qədər bahadır/ucuzdur
Gürcüstan Energetika və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyası (GNERC) 2019-cu il üzrə fəaliyyət hesabatını yayımlayıb. Sözügedən sənəddə müxtəlif ölkələrdə enerji tarifinin müzakirəsinə də yer verilib. 2019-cu ildə Gürcüstanda bir kub metr təbii qazın tarifi 55.13 tetri olub. Bu, Avropa ölkələrinin böyük əksəriyyəti ilə müqayisədə çox aşağıdır. Bununla yanaşı, Gürcüstanla müqayisədə təbii qaz çıxan ölkələrdə – Rusiya Federasiyası (26.23 tetri) və Azərbaycanda (34.08 tetri) bu tarif daha ucuzdur. Ən yüksək tarif isə İsveçdədir, burada əhali bir kub metr təbii qaza görə 4.1 lari (1.17 Avro) ödəyir.

Təbii qazın tarifləri ölkələr üzrə bir kub metrə görə (tetri ilə) aşağıdakı kimidir:

● Rusiya 26.23
● Azərbaycan 34.08
● Gürcüstan 55.13
● Türkiyə 69.05
● Ermənistan 89.81
● Ukrayna 92.64
● Moldova 103.05
● Serbiya 116.24
●Bosniya və Herseqovina 116.24
● Macarıstan 120.05
● Rumıniya 120.40
● Xorvatiya 130.11
● Latviya 154.75
● Lüksemburq 155.44
● Bolqarıstan 155.79
● Slovakiya 155.79
● Litva 156.14
● Estoniya 158.91
● Polşa 164.12
● Birləşmiş Krallıq 171.06
● Belçika 192.22
● Yunanıstan 192.57
● Sloveniya 198.47
● Çexiya 203.33
● Şimali Makedoniya 207.49
● Almaniya 219.29
● Avstriya 229.00
● İrlandiya 236.98
● İspaniya 255.37
● Fransa 255.37
● Portuqaliya 263.70
● İtaliya 266.82
● Danimarka 296.66
● Hollandiya 319.56
● İsveç 410.47


Mənbə: BM
Print ელ. ფოსტა
FaceBook Twitter Google