"Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli müftisi
Hafiz Poluxovun Marneuli və Hucabi Yeparxiyasının Yepiskop
iqamətgahında dinə aid olmayan məsələyə görə rəhbərliyi
məlumatlandırıb, razılıq almadan iştirak etməsini olduqca yalnış
bir addım olduğunu hesab edirəm", — “Marneuli”
radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin
Şərqi Gürcüstan üzrə Müftisi Hacı Yasin Əliyev dedi.
Onun sözlərinə görə, Poluxovun razılaşdırmadan hər hansı bir
görüşdə iştirak etməsi idarənin mövqeyini əks etdirmir.
"Bizim tərəfmizdən ona lazimi töhmət verildi. İnşallah
yaxın günlərdə şura tərəfindən görüş olacaq. Şurada o, tutduğu
əmələ görə cavab verəcək və haqqında qərar qəbul olunacaq. Mənə və
idarəyə bildirmədən yerli Sadaxlı camaatı ilə bərabər o, da orada
iştirak edib. Bizim xəbərimiz olmadan, el ağsaqqaları yığışıb
getdiyiklərinə görə dini şəxs olaraq ona da təklif olunub və o, da
gedib. O, getməməli idi. Yəqin ki, şura qərar qəbul edəndən sonra,
biz də onun haqında lazimi adımlar atacağıq", — Hacı
Yasin Əliyev dedi.
Xatırladaq ki, 28 may tarixində Marneuli və Hucabi Yeparxiyasının
Yepiskop iqamətgahında Marneuli və Hucabinin Yepiskopu Qiorqi
(Camdeliani) və Gürcüstan Müsəlmanlar İdarəsinin Marneuli üzrə
müftisi Hafiz Poluxov, Marneuli bələdiyyə məclisinin üzvü Rövşən
İsgəndərov, azərbaycanlı ziyalılar və digər şəxslər arasında görüş
baş tutub.