Dünən 2 oktyabr tarixində Marneuli meriyasının və Smit ailəsinin
nümayəndələri arasında görüş keçirildi. Görüşdə bələdiyyə
nümayəndələri Smit ailəsinin nümayəndələrinə uşaq meydançasının
yaradılması üçün üç alternativ təklif ediblər.
“Onlara üç yer təklif etdik və bildirdilər ki, hər üç
yer xoşlarına gəlib. Lakin hansı yerin onlar üçün, eləcə də
bələdiyyə üçün daha əlverişli olacağı barədə qərara gəldikdən sonra
layihənin həyata keçirilməsinə başlanılacaq”, -
Marneuli merinin müavini Laşa Lobcanidze bildirdi.
Mixeil Cavaxişvilinin büstünün qarşısındakı yer bələdiyyə
tərəfindən təklif olunan yerlər arasında deyil. İlk olaraq Rayan
Smit məhz bu yerdə uşaq meydançasını yaratmaq istəyirdi.
Smit ailəsi “Ata Holdinq” idman mərkəzinin qarşısındakı park, 3
saylı ictimai məktəbin qarşısındakı park və Cavaxişvili parkından
(ağac və oturacaqlar olmayan park) birini seçməlidirlər.
Smit ailəsinin dostlarından Vladimer Kizalovun dediyinə görə, Rayan
Smitin qardaşı Mayk Smit hər üç yerə də baxıb və qərarlarını bir
neçə gün ərzində, ailə ilə məsləhətləşmələrdən sonra verəcək.
Smit ailəsinin dostunun dediyinə görə, “Ata Holdinq” qarşısındakı
parkda fəaliyyətsiz fəvvarə var və uşaq meydançası onun
sökülməsindən sonra mümkün ola bilər. 3 saylı məktəbin qarşısındakı
park isə nisbətən kiçikdir və hər üç tərəfdən maşınlar hərəkət
edir, bu isə uşaqlar üçün təhlükə yarada bilər. Cavaxişvili
parkında isə yalnız kollar var və uşaq meydançasının orada
yaradılmasını məqsədəuyğun hesab etmir.
Layihənin həyata keçirilməsi üçün meriyanın maddi dəstəyinə də
ehtiyac yarana bilər.
“Ola bilsin ki, burada sökülmə işlərinin həyata
keçirilməsi üçün meriya tərəfindən maliyyə yardımına da ehtiyacımız
olsun. Daha sonra isə Mayk və bizim layihəni həyata
keçirək” – Vladimer Kizalov bildirdi.
Xatırladırıq ki, Smit ailəsi Duşeti rayonunda, Xada dərəsində7 iyul
tarixində qətlə yetirilmiş halda tapılmışdı. Amerikalı ər-arvad və
onların 4 yaşlı övladlarının qətlində isə 19 yaşlı Malxaz Kobauri
ittiham olunur.
Rayan Smitin ideyasını həyata keçirmək üçün 10 iyul tarixində
Marneulidə imza toplama aksiyası başlamışdı.