Ədliyyə Nazirliyi Qaçağan kəndində "İctimai mərkəz" tikəcək
Qaçağan kəndində Ədliyyə Nazirliyi "İctimai Mərkəz" tikəcək. Bu haqda məlumatı Marneulinin mer maüvini Laşa Lobjanidze 24 yanvarda baş tutan bələdiyyə məclisinin iclasında bildirib və deyib ki, Ədliyyə Nazirliyi meriyadan torpaq sahəsi ayırmağı tələb edib.

“Qaçağanda 2700 kv.m. torpaq sahəsi ayrılıb və Ədliyyə Nazirliyinə verilib. Orada yaxın gələcəkdə "İctimai mərkəz" tikiləcək. Sahə imkan yaradır ki, orada istirahət parkı da qurulsun. Bu cəmiyyət üçün çox yaxşı olacaq” – deyir Laşa Lobjanidze.

Ədliyyə Nazirliyindən izah edirlər ki, "İctimai mərkəz" vasitəsilə əhali kənddən çıxmadan 200-dən artıq ictimai və özəl sektorun xidmətlərindən istifadə edə biləcək.

"İctimai Mərkəz"in istifadəçiləri Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin, Gürcüstan Milli Arxivinin, İctimai reyestrin Milli Agentliyinin, Sosial Xidmət Agentliyinin və MMC Mekanizatorun servisindən istifadə edə biləcəklər.

Hazırda Gürcüstan miqyasında 60 "İctimai mərkəz" fəaliyyət göstərir.

"Marneuli" Radiosu
Print