Eka Beselianın ictimayyətə açıq məktubu
Parlament çoxluğunun üzvü Eka Beselia sosial şəbəkədə ictimaiyyətə açıq məktubla müraciət edib. Netgazeti müraciəti olduğu kimi sizə təqdim edir:

“Qərar verdim ki, açıq şəkildə şəxsən sizə müraciət edim.
İlk olaraq mənəvi teror arxasında duran şəxsə müraciət edirəm – o da bu cəmiyyətin bir hissəsidir və demək istəyirəm ki, məqsədinə nail ola bilmədin!!!1 Məni dayandıra, susdura, yoxa çıxara bilməyəcəksən!!!
Bacarmayacaqsan! Məndə yeni Eka oyatdın və onda özünə inamı, öhdəliyi və məsuliyəti daha da artırdırdın ki, o, başqalarını özündən daha yaxşı qoruya bilir!!!

Sonra bu illər ərzində, mənim siyasətdə olduğumdan bu yana mənə görə çox şey yaşayan ailəmə müraciət edirəm. Mən bu qədər həyəcan üçün onlardan üzr istəyirəm, amma həmişə olduğu kimi inanıram ki, indidə sözsüz bir-birimizi başa düşürük.

Bütün qadınlara müraciət edirəm – siz reallığı dəyişə bilərsiniz. Siyasətdə daha çox qadına ehtiyac var! Bunu özümün çox sayda katarsisdən keçdiyim zaman başa düşdüm. Çox sayda çətinliklər aşmalı və daim zəif olmadığımı təsdiq etdiyim zaman! Müstəqil şəkildə dəyər yarada bilən və başqasının əlinə baxan olmamağımı dərk edən zaman...Məhz qadınların bu qədər çətinlik görüb aşmaması üçün, siyasətə çoxunuz gəlin və mübarizə aparın ki, siyasət bu gün olduğundan daha insani, daha mehriban olsun.

İndi bütün qalanlara müraciət edəcəm:

Yayımladıqlarının məzmununda izah olunacaq heç nə yoxdur, forma iyrəncdir. Ailə bərabərliyini pozmaq və gizli kamera ilə şəxsi həyata müdaxilə; Heç kimin orada işi olmayan bir yer!!! Toxunulmayan!!!
Saakaşvili rejimi bütün ictimai şəxslərə qarşı bunu edirdi. O, insan dəyərlərini ayaq altına atan sistem yaratdı. Fiziki və mənəvi baxımdan insanı məhv edirdi.
İnsan dəyər kimi mövcud deyildi.
Məhz ona görə ki, bunu qaldıra və uyğunlaşa bilmirdim, olduğundan da daha komfortlu, mənim üçün hazırlanan kabinetimi bağladım və başqalarını qorumaq üçün küçəyə barikadalara, aksiyalara,mitinqlərə çıxdım!!!
Bu ölüm-dirim mübarizəsində Saakaşvilinin adamları mənə və dostlarıma əvvəl daş, sonra zəhərli qaz, plastik qadağan olunmuş güllələr atan və bizi öldürmək istəyən zaman ayaqda durmağı bacardım. Mən, qadın, bu qəddar qırğınlar zamanı ayaqda durdum və mənimlə birgə kim dururdu yadına salsın – heç vaxt qaçmamışam! Heç vaxt qorxmamışam! Heç vaxt peşman olmamışam!
Və ən ağır imtahan – 2009-11-ci illər, mənim şagird evladımın və 11 yaşlı kiçik qardaşımın birgə polisə müqavimət göstərmək ittihamı ilə həbs olunması. Bütün instansiyalar xoşbəxtcəsinə anasına görə cəzalandırılan günahsız uşaqları mühakimə etdi. Başqalarını mühakimə etdikləri kimi...Heç kim məni gözü yaşlı, qorxmuş, sınmış və geri çevrilmiş görməyib...
Və 2012-ci ilin 1 oktyabrı gəldi. Nə qədər incisəm də heç vaxt Bidzina İvanişvilinin bu şahidliyini unutmayacam. O, hər şeyi tərəziyə qoydu və bu mübarizədə önə çıxdı... Onun siyasətə qoşulmasından üç gün sonra mənə zəng etdi və dedi ki, bu mübarizədə onunla yola çıxım... Mənim ilk görüşümdə dediyim söz bu idi – nə üçün mübarizə aparırdım? Bu ölkədə ədaləti bərpa etməli idik! Məqsəd və şərtim olaraq bunu dedim!!!
Geridə qalanı hamınızın gördüyünüz idi...
1 oktyabrda ən qəddar rejim məğlub oldu və mən və mənim həmfikirlərimin ilk etdiyi – işgəncə çəkənlər və həbsxana – azadlıq manifesti ilə onları azad etdik. Milli Hərəkata ən böyük siyasi zərbə vurduq və 215 siyasi məhbusu parlament qərarı ilə əfv etdik. Minlərlər məhbus isə cəzası azalaraq azad olundu.
Bu zərbənin cavabı bu günə qədər başa çatmayan mənə qarşı olan çox ayda hücumlar və məsxərələrdir. Rəqiblər intiqam almağa belə çalışırdılar.
Heç vaxt peşman olmamışam, əksinə bu illər boyunca həmin günün xoşbəxtliyinin emosiyası mənimlə idi. Həbsxananın qapısını açdıq və məhbusları günəş işığına çıxardıq. Bunu ancaq başqasının azadlığı üçün çalışanlar başa düşər; Maddi gəlirlər həyatın mənası olmayan və bir nəfəri belə təmənnasız qoruyan şəxslər bunu anlayar.
Doğrudur, bu gün bizim “komandada” elə adamlar peydah olub ki, bu manifestin və dəyərin aktını kölgəyə salırlar. Amma bu tarixin mülkünə çevrildi və azadlığın dəyəri başqa heç nə deyil...
Saakaşvili rejiminin siyasi və hüquqi qiymətləndirilməsi – bu da mənim və həmfikirlərimin əli ilə oldu... nəticə yazılan zaman işgəncə verilən məhbusların şikayətlərini analiz etməsini xahiş edəndə, Levan Qoqiaçaişvilinin emosiyalı sualı yadımdadır.
“Sənə nə etmişəm ki, mənə bu yoldan yenidən apardın?...” Bu yolu hamımız, zorakı deyil qurban olanlar birgə keçdik...
Və azadlıq və ədalətin icrası üçün bu qələbəni istəyirdik!
Alındımı???
Və indi, yekunda, Gürcü Arzusuna müraciət edirəm:
Alındımı? Bunu bacardıqmı???
Başladıq və sonuna kimi apara bilmədik... Kollektiv zorakı fraqmentlərlə, amma böyük dozada bizim “komadaya” daxil oldu... daxildən təkanlara başladı...
Bizim cəmiyyət bu əvəzedilmişi zorakı arzuçu rolunda qəbul etmədi... Bu qarışıq “komada” ilə ədaləti qazana bilmədi.
Ədalətin icra olunmasını sona çatdıra bilmədik...
Mən 7 ilin tamamında daxildə bu haqda danışmağa, narahat olmağa son qoyuram və ictimai şəkildə deyirəm yetərlidir!
Hər şeyə ad verək!
Zorakının reinkarnasiyasına qədər onlardan aşağıda olanların örtülməsi ilə məsafəsini azaldırıq. Bu zaman isə neçə nəfər bizimlə mübarizə aparanların ürəyini ədalətsizcəsinə qırmış oluruq...
Məhz buna görə bu rejimə xidmət göstərənləri qurban olaraq elan etmək və hakim mantiyası rolunda irəli aparmaq olmaz.. Mən heç vaxt bunu qəbul edə bilməzdim!!!
Mən bir daha çılpaq naqillərə toxundum və dedim ki, bu mübarizədə geri çəkilməyəcəm.
Bu qrup olduqca kökünə bağlıdır və hər formada mübarizə aparır” Mənəvi terroru da bunun bir hissəsi hesab edirəm!
Mənim cavabım?
Siyasi gün qrafiki ilə yaşamağı planlaşdırmırdım və bu kəskin qərarım idi, amma yenə də onlar məni məcbur etdilər və indi özünüzü qoruyun!
Biz sizi məğlub edəcəyik, çünki mən özümdə birindən başqa bütün qorxuları məğlub etdim – Qalaktionun dili ilə desəm – mən ölümə bənzəyən və daha pis həyatdan qorxuram!
Ona görə də birgə irəli gedək və öz azadlığımızı və ədalətimizi birgə qazanaq!!!”.

Mənbə: Netgazeti
Print