Qızılhaclı kəndində yerləşən mağazaların birində ehtiyacı olanlara pulsuz çörək verilir
22:37 / 02.02.2019
Marneuli rayonun Qızılhaclı kəndində
alış-veriş mağazalarının birində sosial cəhətdən yardıma ehtiyac
olan sakinlərə "PULSUZ ÇÖRƏK" verilir.
Bu haqqda məlumatı jurnalist Ceyhun
Narzalov şəxsi facebook səhifəsində paylaşıb.
O, qeyd edib ki, Qızılhaclı kəndində yerləşən mağaza Alim İmanova
məxsusdur və həmin mağaza "SOCAR QAZ" yanacaq doldurma məntəqəsinin
qarşısında yerləşir.
Çörək piştaxtasının qarşısında bu cür yazı qeyd edilib
"İmkansızlara çörək pulsuzdur". Ehtiyacı olan hər kəs çəkinmədən
çörək götürə bilər.
Fotonun Müəllifi: Əli Murdaza Əliyev