Hər şey edəcəyik ki, pulsuz fakültələr olmasın - Batiaşvili

Təhsil naziri Mixeil Batiaşvilinin məlumatına görə, gələn ildən pulsuz fakültələr ləğv olunacaq.


Batiaşvilinin parlamentin plenar iclasında çıxışı zamanı verdiyi bəyanata görə, maliyyələşdirmənin yeni modeli ilə bağlı Dünya Bankı ilə birgə çalışmalar gedir.

“Deməliyik ki, pulsuz maliyyələşdirmə modeli bizə heç nə vermir, heç bir nəticəyə istiqamətlənməyib. Dünya Bankının ekspertləri ilə birgə çalışırıq və Dünya Bankının da baxışı var ki, bu peformance based modeli ilə işlənməlidir. Bu model indikatorlar üçündür və kimi həvəsləndirməmizə dair istiqamətlər verəcək. Bu elmin, proqramların beynəlxalqlaşdırılması komponentidir. Dünya Bankı tədqiqatla bağlı işləri yerinə yetirir. Birbaşa deyə bilərəm ki, gələn il hər şey edəcəyik ki, pulsuz fakültələr olmasın və birbaşa yeni modelə keçid olsun” - bildirib Batiaşvili və qeyd edib ki, vauçer sistemi qalacaq.


Mənbə: Netgazeti

 

Print