"Gürcü Arzusu" Parlamentdə konstitusion çoxluğunu itirib
Üç deputatın çoxluqdan çıxması nəticəsində “Gürcü arzusu” Gürcüstan Parlamentində konstitusional çoxluğunu itirib.
Gürcüstanın 150 üzvlük parlamentində konstitusiya çoxluğuna ən az 113 deputatı olan partiya malikdir. “Gürcü Arzusu” 2016-cı ildən konstitusional çoxluğa sahib idi – qanunvericilik orqanında “Gürcü Arzusunun” 115 deputatı var idi.

Ancaq 2018-ci ildə çoxluğu deputatlar Davit Cicinadze tərk etdi və nəticədə Gürcü Arzusunun 114 deputatı qaldı.

22 fevralda isə məlum oldu ki, çoxluğu Beka Natsvlişvili və Eka Beseliya tərk edirlər. Həmçinin güman edilir ki Levan Qoqiçaişvili də tərk edəcək. Müvafiq olaraq Gürcü Arzusu konstitusional çoxluğu itirib. 25 fevralda ola bilsin çoxluğu Qedevan Popxadze də tərk etsin, o, bəyanat verməyi planlaşdırır.

Mənbə: Netgazeti
Print