Marneulidə diskriminasiya məsələləri haqqında müzakirə aparıblar
15:40 / 25.02.2019
Bu gün, 25
fevralda Marneulidə, Gürücstanda diskriminasiya, nifrətlə törədilən
cinayət və nifərtin dilinə qarşı mübarizə mövzusunda görüş
keçirildi.
Görüşdə QHT və müxtəlif struktur nümayəndələri
iştirak edirdilər. Onlar öz fəaliyyətləri ilə bağlı danışıblar.
Xalq Müdafiəçisi tərəfindən isə əsas söhbət diskriminasiya ilə
mübarizəyə qarşı qanunvericiliyə aid idi. Xalq Müdafiəçisi
Aparatının Bərabərlik Departamentinin rəhbəri Keti Şubaşvili
görüşün əhəmiyyətli olduğunu qeyd edir.
“Xalq Müdafiəçisinin mandatından, Xalq Müdafiəçisinin
çalışdığı əsas tendensiyalardan və xalq müdafiəçisinin bərabərlik
mövzusunda həyata keçirdiyi maarifləndirmə haqqında aktivliklərdən
danışdıq” – Keti Şubaşvili deyir.
Mülki İnteqrasiya Fondunun icraçı direktoru Zaur Xəlilov hesab edir
ki, oxşar formarda görüşlər vacibdir və tez-tez keçirilməlidir.
“İştirakçıların sualları çox idi. Bizi DİN-nin,
Prokurorluğun, Ədliyyə Nazirliyi, Xalq Müdafiəçisi Aparatının nə
planlaşdırdığı maraqlıdır ki, birgə və ya yarılıqda ne edə bilərik.
Mənim tövsiyyəm odur ki, maksimum dərəcədə zorakılıq,
diskrimniasiya haqqında çox məlumat versinlər ki, müraciətlər daha
çox olsun və reaksiya da adekvat şəkildə göstərilsin. Ümumiyyətlə
yalnız reaksiya deyil, müəssisələrin prevensiyaya istiqamətlənməsi
lazımdır. Maarifləndirmə işi də vacib mövzulardan biri olmalıdır
ki, müəssisələr məsələlər üzərində çalşmağa başlasınlar. Biz
əməkdaşlıq üçün hazırıq” - Zaur Xəilov deyir.
Bugünkü görüş Xalq Müdafiəçisi Aparatının və Avropa Şurasının birgə
təşkilatçılığı ilə baş tutdu. Oxşar növ görüşlər bu gün Marneuli
meriyasının əməkdaşları ilə də keçirilir.