EMC - Marneulidə ictimai məmurlar tərəfindən nifrət dilindən istifadə halları ilə bağlı Xalq Müdafiəçisinə müraciət ediblər
İnsan
Hüquqlarının Tədris və Monitorinq Mərkəzi (EMC) mülki aktivist
Samirə Bayramovanın adı ilə Gürcüstan Xalq Müdafiəçisində müraciət
edib.
Müraciətin əsası Marneuli bələdiyyəsində
ictimai sektorda işlə təmin olunan şəxslər tərəfindən sosial
şəbəkələrdə ksenofobiya dilindən istifadə etmə faktıdır və
diskriminasiya ilə mübarizə mandatı çərçivəsində Xalq
Müdafiəçisindən nifrət dili və diskriminasiyanın aradan
qaldırılması məqsədi ilə ümumi rekomendasiya verməsini tələb
edir.
Marneulidə fəaliyyət göstərən “Mədəniyyət Mərkəzinin” adı ilə
bağlı, son dövrdə şəhərdə aktiv müzakirələr gedir. Yerli
azərbaycanlılar Mədəniyyət Evinə onların ictimai xadiminin adının
verilməsini tələb edirlər. Bu onlar üçün öz identifikasiyalarını,
mədəniyyətlərini qorumaq və saxlamaq məsələsidir. Gedən
müzakirələrin kontekstində yerli aktivist və illər ərzində aktiv
şəkildə regionda demokratya, etnik azlıqlar, qadınların müdafisəi
baxımından çalışan Samirə Bayramova öz facebook səhifəsində
Mədəniyyət Evinin fəaliyyəti ilə bağlı tənqidi paylaşım edib və
qeyd edib ki, bu müəssisədən yerli mədəniyyətin göstərilməsi və
qorunmasına dəstək verilmir. Samirə Bayramovaya ictimai düşünənlər
sosial şəbəkədə rəy bildiriblər. Mədəniyyət Evinin direktoru,
Marneuli meriyasının əməkdaşı və yerli ictimai məktəb müəllimi öz
müzakirəsində açıq şəkildə nifrət dilindən istifadə ediblər.
İctimai məmurlardan həmçinin sonrakı frazalar eşidilirdi:
“Gürcüstan xoşuna gəlmir? Nə etməli olduğunu bilirsən də? Bura
Gürcüstandaır bunun əhəmiyyətini unutma... Kimin Gürcüstan xoşuna
gəlmirsə hara xoşuna gəlir oraya getsin, bizim problemimiz yoxdur”,
Samirə xanım sizin kimi düşünənlər çoxdursa yeriniz haradadır oraya
buyura bilərsiniz və onları da özünüzlə aparın! Bəlkə bizim ölkənin
yükü bir az azala!!! Bu qədər həyasızlığı götürmək artıq mümkün
deyil!!! Bura Gürcüstandır, gürcülərin ölkəsi, onlar sizə hörmət
edirlər və qiymətləndirirlər! Nəisə xoşunuza gəlmir? Buyurun
gedin!
EMC hesab edir ki, ictimai məmurlar tərəfindən Gürcüstan vətəndaşı
olan etnik azlıqlara qarşı bu kimi yanaşma və ictimai bəyanatar
inkluziv dövlətin və bərabərlik prinsipini pozur, qeyri-dominant
etnik/dini qrupların ayrı-seçkiliyinə və təcrid edilməsinə dəstək
olur. Bu kimi bəyanatların yayılması xüsusilə etnik azlıqların
məskunlaşdığı regionlarda çalışan ictimai məmurlar tərəfindən
qəbuledilməzdir. Onlar siyasəti planlaşdıranda və həyata keçirəndə
bərabərlik prinsipini qorumaq məcburiyyətindədirlər, eləcə də etnik
azlıqların inteqrasiyası, identliyi və hüquqlarına dəstək üçün
əlavə müsbət ölçülər götürməlidirlər.
EMC diskriminasiyanın bütün formalarını aradan qaldırmaq haqqında
qanuna əsasən Xalq Müdafiəçisindən xahiş edib ki, məsələni
araşdırsın və relevant müəssisə tərəfindən nifrətin dilindən
istifadə etmənin aradan qaldırılması və xüsusi anti-diskriminasiya
xarakterli, müsbət tədbirlərin keçirilməsi haqqında ümumi
tövsiyyələr versin.
EMC hesab edir ki, xüsusilə etnik azlıqların məskunlaşdığı
regionlarda ictimai xidmətin bərabərlik, insan hüquqalrının
qorunmasının yüksək standartları və etikanın qane edilməsi
vacibdir, çünki ictimai məmurlar tərəfindən ksenofobiya məzmunlu
çıxışlar və təsvirlər ədalətli, plural və bərbər cəmiyyətin və
dövlətin qurulması prosesini olduqca mümkünsüz edir. Ölkənin əsas
siyasi və ədlətli sənədlərlə və eləcə də beynəlxalq müqavilələrlə
Gürcüstan dövləti tərəfindən bəyan edilib.
Marneuli şəhərinin qeyri-istehsal (qeyri-kommeriya) hüquqi şəxsi,
Marneuli bələdiyyəsinin Mədəniyyət klubu, kitabxana, musiqi və
muzey birliyi olan “Mədəniyyət Mərkəzi” Marneuli bələdiyyəsi
tərəfindən təsis edilib və yerli büdcədən maliyyələşir və
təşkilatın direktorunu Marneuli bələdiyyəsinin icra başçısı təyin
edir.