Novruz - yazı unutma!
20:57 / 21.03.2019
Marneuli
şəhərində Novruz Bayramı qeyd etməsi haqqında İnsan Hüquqları
Tədris və Monitorinq Mərkəzinin (EMC) bloqu. Müəllif: Tsodne
Tskvediani.
Həmin bloqu sizə təqdim edirik.
Əsrlər öncə Kutaisidə gimnaziyanın şagirdləri çobanyastığı
çiçəkləri sataraq Tuporkiliyozdan əziyyət çəkən xəstələrə kömək
etdilər və beləcə bir milli bayramın, “ qvirlobanən” təməli
qoyuldu. Bu bayram aprel və may aylarında qeyd olunurdu. Aradan
vaxt keçdi və necə olduğunu anlamadan bu gün “Tbilisobaya”
çevrildi.
Əslində “Tbilisoba” bir modelidir. Bürokratın əliylə o bütün
bayramlara uyğunlaştırılır və gün özünün əsil anlamını itirmiş
olur. Gürcüstanda Novruz bayramı da eyni taleyi yaşayır. Bu
bayramın da tarixi əsirləri aşıb gəlir və Asiya xalqları üçün çox
böyük önəm daşıyır.
Novruz Hicr-i Qəmər (İran) təqviminin ilk günü olub bahar enikosuna
– gecə və gündüzün bərabərləşməsinə təsadüf edir. Bu gün üçün
xüsusi hazırlaşılır. Bayrama qədər qışın son çərşənbələri qeyd
olunur. Bunlardan ilki su çərşənbəsidir. Səhər hava aydınlanan
zaman insanlar çaya, su üstünə gedib su içər və ürəklərində arzu
tutarldıar. Su çərşənbəsindən sonra od çərşənbəsi, günəşlə görüş
günü gəlib çatır. Od çərşənbəsində gecə evlərdə şamlar
yandırardılar. Növbəti çərşənbə torpaq çərşənbəsidir. Bu çərşənbə
yer kürəsindəki həyat və bərabərliyin simbolu sayılır. Bu gün ağac
və səmənilər əkilərdi. Son çərşənbə yel çərşənbəsidir. Bu çərşənbə
yenilənmənin, dəyişimin simboludur. Bundan sonra Novruz, yeni gün
gəlir və insanlara baharı qarşılayırlar.
Yerli əhalinin fikrincə Novruzun əsil anlamı yaz fəsliylə, baharla
görüş və yeniliklərin, dəyişimin başlamasına bir ümiddir.
Bu gün Novruz tamamiylə fərqli şəkildə qeyd olunur. Kvemo Kartlidə
yaşayan Azərbaycanlılar düşünürlər ki, təşkilatçılar Bakıda
keçirilən şənlikləri təqlid edirlər və beləcə yerli əhalinin əsrlər
boyu yarattığı adət ənənələri gözardı edib unudurlar. Bu bayramı
müasirliyə uyğunlaşdırma istəyi isə ölkəyə səyahət edən turistlər
üçün cəlbedici xarakterli olmasıdır. Daxıllar qoyulur, suvenirlər
satılır hansıların ki, bayramla əlaqəsi yoxdur.
Müasir novruz inteqrasiya karnavalıdır. Baş nazir xalqın qarşısında
çıxış edərək qastrolda çıxış edən pop ulduzlar kimi yerli əhalinin
dilində bir-iki söz deyir. Bu qısa və şablon çıxışda boş sözlərdən
və sülh şəraitində yaşamaqdan başqa mühim bir şey deyilmir. İllər
əvvəl Şevardnadze hakimiyyəti nasionalist ritorikaya etiraz etdi və
bu xalqı qonaq etdi bu isə yerli əhalidə həqiqətən böyük sevincə
səbəb oldu. Amma indi hakimiyyət liderləri sadəcə bayramlarda
danışmamalı, həmişə xalqın yanında olmalıdırlar.
Bayramı qeyd etmək üçün bir yere toplaşan xalqın qarşısında
inteqrasiyadan sohbet açmaq və sonra bunlarin heç birini
xatırlamamaq s’lahiyy’t sahibinin şıltaqlığıdır. Bu gün, bayram
günü bu üzücü siyasi çıxışların kimə lazım olduğu isə hələ də məlum
deyil.
Bu gün də 2019-cu ilin 21 mart günündə də heçnə dəyişməyib – Yenə
də Kvemo Kartlidə qəyyumi dilin bilinməməsi diqqət mərkəzindədir.
O, bu xalqın dilini öyrənə bilməməsinin səbəbləri ve cətinliklər
haqqında heç də söhbət açmır. O, elə danışır ki, guya
azərbaycanlılar gürcü dilini öyrənmək istəmirlər amma unudur ki,
əsrlər ərzində kəndlərdə yaşıyan azərbaycanlılar digər dominant
olmayan şəhərlərdə yaşayan etnoslardan fərqli olaraq, iqtisadi və
mədəni münasibətlərdə fəal iştirak edirdilər.
Səhnədə gürcü və azərbaycan rəqs qruplari öz rəqslərini nümayiş
etdirilər. Bəziləri gürcü və azərbaycan rəqslərini birləşdirmək
istəyirlər. Günün kulminasiyası olaraq isə aparıcılar Mtiuluri
rəqsini elan etdilər və şənlik ekə məhz bu rəqslə
sonlandırıldı.
Əlbəttə Azərbaycan vətandaşlarını öz milli adət ənənələrimizlə
tanış etməliyik, amma bu o demək deyil ki Novruz bayrami mütləq
gürcu rəqsi ilə sonlandırılsın. Əksinə biz gürcü adət ənənələrini
qorumalıyıq ki o da Tbilisobaya bənzəməsin.
Novruz bitir və insanlar evlərinə qayıdırlar, onlar yenə
yadlaşırlar. Mədəni tədbirlər gürcü və azərbaycan vətəndaşlarına
bir günlük birləşdirsə də həqiqi həyatda ağır sosial vəziyyət,
kasıbçıliq və nasionalist tərkibli miflər onları bir-birlərindən
uzaqlaşdırır.