80 lehinə, 8 əleyhinə - parlament attestat imtahanlarını ləğv edib
Gürcüstanın qanunverici orqanı bir neçə dəqiqə bundan əvvəl təkrar olaraq üçüncü dinləmədə 80 səs lehinə, 8 səs əleyhinə “ümumtəhsil haqqında” qanuna daxil olunacaq dəyişiklikləri dəstəkləyib və təsdiq edib. Dəyişikliklər məktəbin buraxılış siniflərində attestat imtahanlarının ləğv olunmasını nəzərdə tutur.

Təkrar səs vermə bu gün parlamentin növbədən kənar iclasında baş tutub. Məlum olduğu kimi cümə günü məsələnin baş tutmamasına görə onun təkrar səs verməsi 16 apreldə planlaşdırılırdı, ancaq iclas sədri Giorgi Volskinin açıqlamasına görə növbədən kənar iclasın təyin edilməsinin əsas səbəblərindən biri məhz ümumtəhsilə haqqında qanuna vaxtında səs verilməsi olub, çünki qeyd olunan qərarın deputatlar tərəfindən qəbul edilməsinin “minlərlər adam gözləyir”.

Qanunvericilik dəyişikliklərinin əsasında Gürcüstan hökumətinin 11-ci və 12-ci siniflərdə aksentin buraxılış imtahanlarına deyil real təhsilə yönəlməsini nəzərdə tutan qərarı durur.

Qanunla rəsmi olaraq məktəb buraxılış imtahanları ləğv olunub. Bundan əlavə “ümumi təhsil haqqında” Gürcüstan qanununa keçid və yekun sərəncamlar hissəsinə keçid məzmunlu norma əlavə olunub və ona əsasən attestat ala bilməyən, daha konkert 2018-2019-cu ilin başlanğıcına qədər ümumtəhsil pilləsini keçən və buraxılış imtahanlarında iştirak edən ancaq attestat almaq üçün yetrəli bal toplaya bilməyən şəxslər məktəb buraxılış imtahanlarından azad olunurlar.

Mənbə: edu.aris.ge
Print