Kranlardan ilk dəfə su gələn Marneuli kəndi

Bu gün, 21 oktyabr tarixində Marneuli bələdiyyəsinin Ulaşlı kəndinə içməli su verilib.

Kənd sakinləri illərdir ki, içməli suyu kənddəki yeganə bulaqdan gətirirdilər ki, burada da həmişə uzun növbələr olurdu.

“Bulaqdan su çox az gəlirdi. Bütün gün ərzində növbədə dayanırdılar ki, evə su apara bilsinlər. Bu gün hamı şaddır. Su həyatdır, hər kəs minnətdardır. Bütün kənd içmək üçün bulağın suyundan istifadə edirdi, paltar yumaq üçün isə arx suyundan istifadə edirdilər. Başqa çıxış yolları yox idi”, – Qoça Otaraşvili deyir.

Marneuli meri Zaur Darğallı Məmmədovlar ailəsində sudan içdi və yerli sakinləri suyun gəlməsi münasibətilə təbrik etdi.

“Ulaşlı kəndində evlərdə heç vaxt içməli su olmayıb. Bu problem artıq aradan qaldırıldı. Biz təxminən 700 000 lari dəyərində layihə həyata keçirdik və artıq kəndə keyfiyyətli su verilir. Bu kənddə yolun açılışı da olacaq. Bunun üçün isə bir milyon laridən artıq dəyəri olan layihə həyata keçirilib. Ulaşlı sakinlərinin əsas iki problemi içməli su və yol problemi idi, artı bu problemlər həll olunub”, – Zaur Darğallı dedi.

Marneuli merinin sözlərinə görə, bələdiyyədə içməli su problemi mərhələli şəkildə həll olunur. O, bildirdi ki, təxminən 10-dək kənd qalıb ki, meriya 2022-ci ildə həmin kəndlərdə də su sisteminin yaradılmasını planlaşdırır.

"Marneuli" Radiosu

 

Print