Rustaveli küçəsində səkilərin qaydaya salınması işlərinə başlanılıb

Marneulidə, Rustaveli küçəsində, səkilərin qaydaya salınması işlərinə başlanılıb.

Meriyanın Nəzarət Xidməti Bələdiyyəyə məxsus olan bir neçə ticarət obyektinin ərazisində satış əşyalarının qeyri-qanuni yerləşdirilməsini qadağan edib. Mebel mağazalarının öz əşyalarını piyadaların hərəkəti üçün nəzərdə tutulmuş əraziyə çıxarması halları çox idi.

Qida obyektləri də açıq məkanlara stol və stulları çıxarırlar, piyadalar isə həmin məkanlarla hərəkət etməli olurlar. "Marneuli" radiosu ilə söhbətində Merin müavini Laşa Lobjanidzenin dediyinə görə, əsas işlər Rustaveli küçədində aparılır.

“Nəzarət Xidməti səkilərin, Bələdiyyəyə məxsus olan ərazilərin küçə ticarəti üçün yaxud qida obyektləri tərəfindən istifadə olunması ilə bağlı bir neçə hal aşkarlayıb. Onlara xəbərdarlıq edildi və Nəzarət Xidməti gündəlik rejimdə vəziyyətə nəzarət edir ki, piyadalar üçün cığır və səkiləri küçə ticarətindən təmizləyək”, - Laşa Lobjanidze dedi.

Lobjanidzenin sözlərinə görə, əgər belə hallar başqa küçələrdə də qeydə alınarsa müvafiq tədbirlər görəcəklər. Əgər xəbərdarlıq edilmiş ticarətçilər yenidən bələdiyyəyə məxsus olan ərazidən qeyri-qanuni istifadə edərlərsə Nəzarət Xidməti onlara cərimə sanksiyası təyin edəcək.

"Marneuli" Radiosu

Print