Koronavirus pandemiyası səbəbindən Azərbaycan karantin rejimini
sərtləşdirir.
Yeni tənzimləmələrə görə, beş nəfərdən çox insanın ölkənin şəhər və
rayonlarının küçələrində, meydanlarında və ictimai yerlərində
toplaşması qadağan edilib..
Rəsmi məlumatlara görə, məhdudiyyətlər iyulun 5-dən 20-dək davam
edəcək.
Azərbaycan hökumətinə qarşı tənqidi yanaşan vətəndaşlar və
müxalifət hesab edir ki, koronavirus səbəbindən sərt karantin
rejiminin tətbiqi hökumətin maraqlarına uyğundur, çünki bununla
vətəndaşlara toplaşmaq və etiraz mitinqləri keçirmək qadağan
olunur.