Polis Marneulidə bir neçə gün əvvəl baş vermiş atışma hadisəsi ilə bağlı 2 nəfəri saxlayıb, bir nəfərə isə ittiham irəli sürülüb
Marneulidə bir neçə gün əvvəl baş vermiş atışma ilə əlaqədar iki nəfər saxlanılıb, bir şəxsə isə rəsmi ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli, Kaxeti və Mərkəzi Cinayət Polisi Departamentlərinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində böyük məbləğdə gəlir əldə etmək məqsədilə qrup halında hədə-qorxu ilə tələb etmə və

odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər və istintaqla əməkdaşlıq edirlər.

İstintaqla müəyyən olunub ki, 2025-ci ilin sentyabrında, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş və hazırda xaricdə gizlənən kriminal avtoritet Elmuraz Məmmədov Marneulidə yaşayan bir sahibkardan 50 000 ABŞ dolları tələb edib.

Məmmədovun tapşırığı ilə Gürcüstanda yaşayan D.M., E.O. və A.A. adlı şəxslər sahibkara məxsus mağazanın fasadına avtomat silahdan atəş açıblar.

Hadisə ilə əlaqədar polis E.O. və D.M.-ni saxlayıb, 7 noyabrda sifarişli qətlin hazırlanması və odlu silahın qanunsuz saxlanması və daşınması ittihamı ilə saxlanılan digər şəxsə isə ittiham penitensiar müəssisədə təqdim olunub.

Cinayətlərə görə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 25-181-ci və 236-cı maddələri ilə davam etdirilir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google