Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Xulo
bələdiyyə meriyasının nümayəndəsini rüşvət alma ittihamı ilə
saxlayıblar.
Söhbət vəzifəli şəxsin xidməti səlahiyyətlərindən istifadə edərək
rüşvət alması faktından gedir.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxsə xidməti vəzifəsinə
görə Xulo bələdiyyəsi tərəfindən satın alınan malların qəbulunu və
müvafiq sənədlərin rəsmiləşdirilməsini həyata keçirmək
tapşırılmışdı. O, dövlət tenderində iştirak edən şirkətin
nümayəndəsindən malları natamam
şəkildə qəbul edib, lakin
qəbul-təhvil aktında malların tam həcmdə təhvil verildiyini
göstərib və şirkətə tenderin tam dəyərinin köçürülməsini təmin
edib.
Bu qanunsuz əməl müqabilində həmin şəxs şirkət nümayəndəsindən pul
şəklində rüşvət tələb edib və alarkən hüquq-mühafizə orqanları
tərəfindən saxlanılıb.
Məhkəmənin qərarı əsasında aparılan gizli istintaq tədbirləri
nəticəsində, cinayətin törədilməsini təsdiq edən audio və video
sübutlar əldə olunub.
Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci
maddəsinin birinci hissəsi ilə aparılır. Bu maddə 6 ildən 9 ilədək
azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Maliyyə Nazirliyinin İstintaq Xidməti dövlət qulluqçularına və
onlarla qanunsuz razılıq əldə etmək istəyən şəxslərə xəbərdarlıq
edir: bu cür qanunsuz hərəkətlərə yol verilməsin, çünki belə
hallara qarşı reaksiya dərhal və sərt olacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.