Moskva məhkəməsi Ukraynadakı gürcü döyüşçü haqqında qiyabi olaraq 28 il həbs cəzası hökmü çıxarıb
Moskva məhkəməsi Ukraynadakı gürcü döyüşçüsü Quram Beruaşvilini qiyabi olaraq 28 il həbs cəzasına məhkum edib.

Prokuror bildirib ki, Beruaşvili cəzasının ilk səkkiz ilini həbsxanada, qalan müddətini isə ciddi rejimli koloniyada çəkəcək.

Moskva məhkəməsi Quram Beruaşvilini Cinayət Məcəlləsinin beş maddəsi ilə təqsirli bilib. Bu maddələrə muzdlu döyüşçü kimi silahlı münaqişədə iştirak, Rusiya dövlət sərhədini qanunsuz keçmə, odlu

silah və sursat qaçaqmalçılığı, terror hücumları, eləcə də odlu silahların, onların əsas hissələrinin və sursatlarının qanunsuz daşınması və saxlanması daxildir.

Moskva Prokurorluğunun açıqlamasında deyilir: “Müəyyən edilib ki, Beruaşvili 2022-ci ildə Ukraynaya, Beynəlxalq Legionun bazasına gəlib və orada qəsdən, könüllü və maddi qazanc məqsədilə silahlı qruplara qoşulub. 2024-cü ilin avqust ayında Beruaşvili odlu silah - Kalaşnikov avtomatı və sursatla silahlanmış mütəşəkkil Ukrayna silahlı qruplaşmalarının tərkibində Rusiya Federasiyasının dövlət sərhədini keçərək Kursk bölgəsinə daxil olub və orada Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının qanuni fəaliyyətinə silahlı müqavimət göstərib”.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google