Litvanın baş naziri deyir, "hibrid hücum" baş verib. Yüzlərlə hava
şarı (aerostat) Belarusla sərhədi keçərək aeroportlarda xaos
yaradıb.
Amma bu, çoxdankı irimiqyaslı qaçaqmalçılıq şəbəkəsinin işi də ola
bilər, Minskdə yüksək səviyyədə əlaqələri olduğu iddia edilən
şəbəkənin.
Şarlar təxminən 13 kilometr yüksəklikdə uçur. Oktyabrın sonlarında
sayları o qədər artıb ki, bir neçə aeroport bağlanıb. Bu da
təxminən 140
uçuş və 20 min sərnişin deməkdir.
Oktyabrın 29-da NATO və Avropa İttifaqının (Aİ) üzvü olan Litva
Belarusla sərhədini bir aylıq bağlayıb. Baş nazir İnqa Ruqinene
bildirib ki, bu müddət "gərəkdiyi qədər" uzadıla bilər.
Hava şarları özlüyündə tamamilə yeni bir hadisə deyil.
Qara bazardakı siqaretlər
İki ölkənin səmasında hava şarlarının uçduğu vaxtda Litva
hakimiyyəti siqaret qaçaqmalçılığı ilə məşğul olan yük maşınlarına
qarşı mübarizəni gücləndirir.
2023-cü ildə gömrük əməkdaşları 11.9 milyon qutu siqaret müsadirə
ediblər. Həmin il sərhəd-keçid məntəqələrində yeni rentgen nəzarət
sistemləri tətbiq olunmağa başlayıb. Elə həmin il Litva sərhəd
xidməti qaçaqmal siqaretlərlə dolu üç şarın sərhədi keçdiyini
bildirmişdi.
Ötən il rəqəmlər dəyişib: gömrük orqanları cəmi 2.3 milyon qutu
siqaret müsadirə edib. Artıq qaçaqmalçılar başqa üsullara əl atmağa
başlayıblar – dronlar, sallar, 226 ədəd şar...
Bu il yanvar-oktyabr aylarında sərhədi keçən 546 hava şarı qeydə
alınıb. Sərhədçilərin fikrincə, bu üsul artıq sərhəddən keçirilən
bütün siqaretlərin 80 faizini təşkil edir.
Belaruslu kimyaçı Syargey Besarab AzadlıqRadiosunun Belarus
xidmətinə deyib ki, 40-50 kiloqram yük daşıya bilən bir şarın
qiyməti təxminən 500 avrodur (578 dollar).
Bu, təxminən 1500 qutu siqaret deməkdir, qara bazarda qiyməti 3 min
450 avroya bərabərdir. Besarab deyib ki, bu şarların istiqamətdən
yayınma ehtimalı da çox azdır. Belə ki, yüksəklikdə külək sabit
olur, ona görə də şarlar bu qədər yüksəkliyə qaldırılır.
Söhbət xeyli sayda iri helium şarlarından gedir. Məsələn, oktyabrın
3-dən 4-nə keçən gecə Litva Belarus tərəfdən 25 şarın gəldiyini
bildirib.
"Belarusdan belə çox şarın xüsusi xidmətlərin xəbəri
olmadan buraxılması mümkün deyil, bu, fantaziyadır",
– Besarab belə deyir.
Elə Litva prezidenti Gitanas Nauseda da ötən ay deyirdi: "Aydındır
ki, xüsusi strukturlar, Belarus KQB-si rəsmi məhsul, həm də
qeyri-qanuni bazar üçün məhsul istehsal edən şirkətlər vasitəsilə
siqaret satışında iştirak edir".
Belarus uzun müddətdir beynəlxalq siqaret qaçaqmalçılığının əsas
mənbələrindən biri kimi tanınır.
Belarus siqaretlərini kim çəkir?
2016-cı ildə İtaliyanın Milan Universitetinin tədqiqatçıları
"Qanunsuz tütün ticarətinin Belarus habı" adlı araşdırma dərc
ediblər. Hesabatda deyilir ki, saxta siqaretlərlə yanaşı, "qanunsuz
ağ" siqaretlərin, yəni, bir ölkədə qanuni istehsal edilən, lakin
leqal bazarda satılmadığı ölkələrə qaçaq yolla göndərilən
məhsulların böyük dövriyyəsi mövcuddur.
Tədqiqatda Belarus istehsalı qaçaq siqaretlərin əsas bazarlarının
pay bölgüsü də göstərilmişdi: Almaniya (30 faiz), Polşa (22.6
faiz), Böyük Britaniya (17.8 faiz) və İtaliya (9.7 faiz).
O vaxtdan 10 il keçməsinə baxmayaraq, bu ticarət hələ də davam
edir. AzadlıqRadiosunun Belarus xidmətinə danışan mənbələr Belarus
markalı siqaretlərin Litva, Almaniya və Fransada qeyri-qanuni
satıldığını bildiriblər.
Alqı-satqı üçün "Telegram" messencerində qruplardan istifadə
olunur. Belə qruplardan birində bir şəxs yazıb ki, Finlandiyanın
paytaxtı Helsinkidə Belarusun NZ markalı siqaretlərini topdan almaq
istəyir. Digər qruplar isə İspaniya, Portuqaliya, Almaniya və digər
Aİ ölkələrinə yönəlib.
Hava şarlarının səbəb olduğu pozuntular isə qaçaqmalçılığı daha
qabarıq siyasi problemə çevirib. Oktyabrda Rusiyanın iki hərbi
təyyarəsi Litvanın hava məkanını pozandan, daha sonra aeroportlar
ətrafında naməlum dronlar görünəndən bəri bu məsələ daha da
aktuallaşıb.
Belarus şarların göndərilməsində iştirakını danır, sərhədin
bağlanması qərarını pisləyib. Noyabrın 11-də avtoritar lider
Aleksandr Lukaşenko sərhədin açılması üçün ikitərəfli danışıqlara
çağırıb. Litva isə bildirib ki, şarların uçuşu dayanmayınca sərhəd
bağlı qalacaq.
Litva ordusunun ehtiyatda olan zabiti, media şərhçisi Daryus
Antanaytis AzadlıqRadiosuna bildirib ki, sərhədin bağlanması Minskə
siyasətini dəyişmək üçün təzyiq göstərməyin ən təsirli yoludur.
"Litvada xeyli sayda belaruslu işləyir, qazandıqları
pulları Belarusa göndərərək Lukaşenko rejiminin büdcəsini
doldururlar. Litva sərhəd-keçid məntəqələrini bağlayanda Lukaşenko
rejimi sosial, siyasi və iqtisadi təzyiqi hiss edir",
– o vurğulayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.