Bu il məktəb və bağçaların yemək
obyktlərinin yoxlanılması nəticəsində 173 pozuntu aşkar
edilib.
Bu barədə Milli Qida Agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, il ərzində 6 000 dövlət nəzarəti həyata
keçirilib. Aşkar edilmiş 173 pozuntunun əksəriyyəti müddəti keçmiş
qida məhsullarının satışı, etiketləmə qaydalarının pozulması və
qeydiyyatsız fəaliyyət hallarına aiddir.
Bundan əlavə, agentlik bildirir ki, məktəblərin
yaxınlığındakı
yemək obyektləri də yoxlanılır.
“Dövlət nəzarəti həm çörək istehsalı yerlərində, həm də
yaxınlıqdakı marketlərdə həyata keçirilir ki, bu marketlərin
müştərilərinin əksəriyyəti şagirdlərdir. Agentliyin inspektorları
obyektlərin sanitariya-gigiyena vəziyyətini, qida məhsullarının
yerləşdirilməsi və satılması şərtlərini, saxlama müddətlərini və
qida təhlükəsizliyinə dair digər tələbləri yoxlayırlar. Eyni
zamanda, məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin yemək
obyektləri fasiləsiz olaraq yoxlanılır”, – deyə
agentliyin açıqlamasında bildirilir.
Milli Qida Agentliyi istifadəçilərə bildirir ki, şübhəli qida
məhsulu və ya pozuntu aşkar etdikdə Ətraf Mühitin Mühafizəsi və
Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə – 15 01
bildirsinlər.
Mənbə: BM
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415