Kreml dekabrın 5-də bildirib ki, həftənin əvvəlində Moskvada
prezident Vladimir Putin ilə ABŞ təmsilçilərinin danışıqlarından
sonra Vaşinqtonun cavabını gözləyir.
"Çərşənbə axşamı (dekabrın 2-də) apardığımız
müzakirələrə amerikalı həmkarlarımızın reaksiyasını
gözləyirik", – RİA agentliyi Kremlin köməkçisi Yuri
Uşakova istinadla yazır.
O əlavə edib ki, Putin ilə ABŞ prezidenti Donald Tramp arasında
telefon danışığı planlaşdırılmayıb, ABŞ-nin xüsusi elçisi Stiv
Uitkoff
ilə yeni görüş üçün tarix də müəyyən edilməyib.
4 dekabr
Ukrayna rəsmiləri Brüsselə və Mayamiyə yollanır. Putin tələblərini
sərtləşdirir
Dekabrın 4-də Ukrayna təmsilçiləri Brüsseldə Avropa, daha sonra isə
Floridada ABŞ rəsmiləri ilə görüşəcək. Bir neçə gün öncə isə ABŞ
nümayəndə heyəti Kremldə beş saatlıq görüş keçirib. Həmin görüşdə
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni
bitirmək üçün sərt şərtlərini bir daha dilə gətirib.
4 dekabr görüşlərindən öncə Putin "India Today" kanalına
müsahibəsində Ukraynanın suverenliyi və hərbi gücü ilə bağlı
uzunmüddətli, geniş tələblərini yenidən səsləndirib.
"Hər şey bu məsələyə gəlib çıxır: ya bu əraziləri güc
yolu ilə azad edirik, ya da Ukrayna qoşunları həmin əraziləri tərk
edir, orada döyüşləri dayandırır", – Putin Hindistana
səfərindən öncə yayımlanan müsahibədə deyib.
Ağ evin elçisi Stiv Uitkoff və ABŞ prezidenti Donald Trampın
kürəkəni Cared Kuşner dekabrın 2-də Kremldə Putin və digər
yüksəkvəzifəli rəsmilərlə görüşüblər. Bu səfərdən iki həftə öncə
isə ABŞ-nin hazırladığı sülh planı açıqlanıb və Rusiyanın
maraqlarına uyğun olduğu üzə çıxıb. Plan 2022-ci ilin fevralında
işğal başlamamışdan Moskvanın səsləndirdiyi sərt tələblərin çoxunu
eynilə təkrarlayıb.
Ukrayna rəsmiləri isə Avropa müttəfiqləri ilə birgə alternativ plan
hazırlayıblar, onlar ABŞ dövlət katibi Marko Rubio ilə də
görüşüblər.
Putinin xarici siyasət müşaviri Yuri Uşakov Moskvadakı danışıqları
"konstruktiv" adlandırıb, amma kompromisin tapılmadığını deyib.
Uitkoff və Kuşnerin təəssüratı
ABŞ-nin elçisi, diplomatik təcrübəsi olmayan daşınmaz əmlak
sahibkarı Uitkoff isə medianın suallarını cavablandırmayıb.
ABŞ prezidenti D.Tramp dekabrın 3-də Oval Ofisdə jurnalistlərə
deyib ki, Uitkoff və Kuşnerin sözlərinə görə, Putin razılığa gəlmək
istəyirmiş kimi görünüb.
"Bu görüşdən nə çıxacağını deyə bilmərəm, çünki tanqo
oynamağa iki nəfər lazımdır. Ukrayna ilə bağlı artıq müəyyən qədər
razılaşdırılmış bir çərçivəmiz var", – Tramp əlavə
edib.
"Onların təəssüratı belədir ki, [Putin] müharibəni
bitirmək istəyir", – prezident deyib.
"Amerika tərəfinin, əsasən, Rusiyanın tələblərinə
uyğunlaşdığını görürük", – bunu siyasi analitik Anton
Penkovski "Current Time"a bildirib.
"Hazırkı danışıqlarda onlar Kiyevin taktiki və strateji
zəif nöqtələrini nəzərə ala bilərlər. Bu mənada Kremlin manevr
etmək və yeni tələblər irəli sürməkdən ötrü xeyli imkanları
var", – o əlavə edib.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, baş danışmanı
Rustem Umerov və Baş Qərargah rəisi Andriy Qnatov dekabrın 3-də
Brüsseldə Avropanın milli təhlükəsizlik müşavirləri ilə görüşəcək,
daha sonra Uitkoff və Kuşnerlə danışıqlar üçün Floridaya
yollanacaqlar.
Dekabrın 4-də səhər Rusiya Ukraynanın cənubundakı Odessa limanı və
cəbhə xəttindəki Xerson şəhərinə hava zərbələri endirib, on
minlərlə insanın kommunal xidmətləri sıradan çıxıb.
"Şəhərin sakinlərinə istilik verən bu mülki obyektə
ciddi ziyan dəyib: stansiya binası, avadanlıqları
zədələnib", – Xersonun qubernatoru Oleksandr Prokudin
Telegram-da yazıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.