BMT-nin humanitar maliyyələşməsi son 10 ildə ən aşağı həddə düşüb
BMT-nin humanitar maliyyələşməsi son 10 ildə rekord aşağı həddə enib. "Reuters" noyabrın məlumata əsasən yazır, təşkilat cəmi 12 milyard dollar əldə edib. Bu isə ehtiyacların 1/4-dən bir qədər çoxunu qarşılayır.

Gələn il üçün BMT 23 milyard dollar ayırmağa çağırıb - qurumun 2025-ci ildə istədiyi məbləğin yarısı qədər. Bu isə on milyonlarla insanın ehtiyac duyduğu təcili yardımsız

qalması deməkdir.

Maliyyələşmənin azalması humanitar təşkilatların üzləşdiyi digər problemləri, münaqişə zonalarında personala təhlükəsizlik risklərini çoxaldır, - "Reuters" yazır.

"Həddən artıq yüklənmişik, maliyyələşmədən kənardayıq, hücumlara məruz qalırıq. Yanğın yerinə təcili yardım göndəririk... İndi bizdən həm də yanğını söndürməyimizi istəyirlər. Amma çəndə yetərincə su yoxdur. Hələ bizə atəş də açırlar", – BMT-nin fövqəladə yardım üzrə koordinatoru Tom Fleçer deyib.

Beynəlxalq Miqrasiya Təşkilatı da maliyyələşməni azaldır. Qurum gələn il üçün bu ilə nəzərdə tutulandan iki dəfə az vəsait istəyib. İqlim dəyişikliyi, münaqişələrdən dolayı evlərini tərk etməli olan 41 milyon insana yardım göstərmək üçün 4.7 milyard dollar istəyir.

"Reuters" yazır ki, BMT-nin humanitar qurumları, əsasən, Qərb donorlarının könüllü ianələrindən asılıdır. Ən böyük donor isə adətən ABŞ olur.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google