"...Sənəddə post-münaqişə dövründə reallıqları təhrif
edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh
gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi
ciddi narahatlıq doğurur".
Bu narahatlıq "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün
Strateji Gündəlik" adlı sənədlə bağlı Azərbaycan Xarici İşlər
Nazirliyinin (XİN) dekabrın 9-da yaydığı şərhində ifadə edilir.
"Sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer
ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa
İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir
göstərir", - şərhdə əlavə edilir.
Açıqlamaya görə, reinteqrasiya planından imtina etdikdən sonra
Azərbaycandan "könüllü şəkildə" Ermənistana miqrasiya etmiş erməni
sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra
köçkün düşmüş Qarabağ erməniləri" ifadəsinin işlədilməsi qərəzin
nümunəsidir. Şərhə görə, bu, bu il Vaşinqtonda Azərbaycanla
Ermənistan arasında paraflanan sülh sazişi ilə də ziddiyyət təşkil
edir.
Vurğulanır ki, Aİ-Ermənistan strateji tərəfdaşlıq sənədində
"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə
bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur:
"...Saziş layihəsinin 7-ci maddəsində tərəflərin
qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini
yerləşdirməməklə bağlı öhdəliyi nəzərə alındıqda... Aİ-nin
Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam
vermək əvəzinə, missiyanın mövcudluğunun qorunmasının və tam
operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər
narahatlıq mənbəyidir".
Xatırlatma
Bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda
iki ölkə arasında sülh müqaviləsinin mətnini paraflayıblar. Oval
ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri
haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın
cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında
maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın
suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub
saxlayacaq.
2017-ci ildə Ermənistan Aİ ilə tərəfdaşlıq sazişi imzalayıb.
Azərbaycanla da həmin vaxt eyni danışıqlar başlasa da, müsbət
nəticə əldə edilməyib.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı
illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi
rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü
ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün
ərazilərində suverenliyini bərpa edib. Elə bölgədəki erməni əhali
də 2023-cü ildə Ermənistana köç edib.
2 dekabr
Ermənistan Aİ ilə yeni strateji tərəfdaşlıq sənədi
imzalayıb
Dekabrın 2-də Ermənistan və Avropa İttifaqı (Aİ) Brüsseldə yeni
strateji tərəfdaşlıq gündəliyini qəbul ediblər. Ermənistan-Aİ
Tərəfdaşlıq Şurasının 6-cı iclası keçirilib.
Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin
Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya
Kallas imzalayıb.
"Bu, bir növ fəaliyyət planıdır, bizin edə
biləcəklərimizin yol xəritəsidir", – Avropanın
Genişlənmə Komissarı Marta Kos bir gün öncə jurnalistlərə
deyib.
Tərəfdaşlığa təhlükəsizlik və müdafiə sahəsində daha güclü
əməkdaşlıq, iqtisadi inkişafa, institutlarım gücləndirilməsinə
dəstək daxildir.
Komissar Kos deyib ki, Aİ Ermənistanın 2026-cı il parlament
seçkiləri öncəsi dezinformasiya, kiberhücumlar, digər hibrid
təhdidləri önləməsinə dəstək göstərəcək. Bu dəstəyin 12 milyon avro
təşkil edəcəyi bildirilir. AzadlıqRadiosunun erməni xidməti yazır
ki, M.Kos dəstəyin Ermənistanda qurumların hibrid təhlükələri
öncədən görməsi, onlara cavab vermək imkanlarını artırmaq məqsədi
güdür.
A.Mirzoyan yeni tərəfdaşlıq gündəliyi sənədini "iddialı"
adlandırıb, Ermənistan-Aİ ikitərəfli əməkdaşlığını daha da
dərinləşdirəcəyini vurğulayıb.
Yerevan və Brüssel 2024-cü ilin əvvəlində bütün səviyyələrdə
əməkdaşlıq üzrə birgə prioritetləri müəyyənləşdiriblər. Bu ilin
iyununda tərəflər yeni tərəfdaşlıq gündəliyi üzrə danışıqları
yekunlaşdırdıqlarını açıqlayıblar.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.