İranda vəkilin 'şübhəli' ölümünü araşdırmağa çağırırlar
İranda siyasi məhbusların və fəalların müdafiəsinə görə tanınan Xosrov Əlikordinin ölümünü araşdırmağa çağırırlar. Bu çağırışla İranın tanınmış insan haqları müdafiəçisi Nəsrin Sutude BMT-nin faktaraşdırıcı komitəsinə müraciət edib.

Əlikordi keçmiş siyasi məhbus, İslam Respublikasının tanınmış tənqidçisidir. O, dekabrın 5-də Məşhəd şəhərindəki ofisində ölü tapılıb. 46 yaşı vardı. Onun ölüm səbəbi kimi rəsmən ürəktutması göstərilib, yerli rəsmilər ölümün

qeyri-təbii səbəblərini rədd ediblər.

Bir çox vəkillər və fəallar isə onun ölümünü "şübhəli", bəziləri hətta "qətl" adlandırıblar. Bəzi insan haqları qrupları Əlikordinin ölümünün araşdırılmasına çağırıb.

Sutude AzadlıqRadiosunun fars xidmətinə deyib ki, "Əlikordi 20 ilə yaxın aşırı hüquqi və təhlükəsizlik təzyiqi altında işləyən şərəfli vəkil idi". O, Əlikordinin özünə qarşı təhdidlərdən xəbərdar olduğunu, ofisində 16 kamera quraşdırdığını əlavə edib. Kameralar isə müsadirə olunub.

"BMT-nin faktaraşdırıcı missiyasının cavab üçün İrana təzyiq göstərməyə hüquqi səlahiyyəti var", – o əlavə edib.

Əlikordi Səbzəvarda sərt təhlükəsizlik tədbirlərinin müşayiəti ilə dəfn olunub. Digər fəalların ailələri də dəfnə qatılıb.

Nobel Sülh Mükafatı laureatları Nərgiz Məhəmmədi və Şirin Ebadi də Əlikordinin ölümünə görə başsağlığı veriblər.

Məhəmmədi deyib ki, "Əlikordi sülh və insan haqlarını xəyal edirdi", o, son mesajında belə siyasi məhbusları, özəlliklə uzaq şəhərlərdə olanları unutmamağa çağırırdı.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google