Birləşmiş Ştatlara gedən turistlər son beş ildə sosial mediadakı
fəaliyyətlərini açıqlamalı olacaqlar.
Bu, Donald Tramp administrasiyasının yeni planında nəzərdə
tutulub.
Yeni qaydalar ABŞ-yə vizasız girişinə icazə verilən 42 ölkənin
vətəndaşlarına aiddir. Siyahıda ABŞ-nin müttəfiqləri Böyük
Britaniya, Fransa, Avstraliya, Almaniya və Yaponiya da var.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi Agentliyi (CBP) dekabrın 9-da
bildirib ki, son beş
ildə istifadə edilən telefon nömrələri, son 10
ilin elektron poçt ünvanları, həmçinin üz, barmaq izi, DNT və iris
biometrik məlumatları istəniləcək. Uşaqlar da daxil olmaqla ailə
üzvlərinin adları, ünvanları, doğum tarixləri və doğum yerləri də
tələb olunur.
"The Guardian" yazır ki, bu plan gələn il Futbol üzrə Dünya Kuboku
ilə bağlı səyahətləri çətinləşdirə bilər. ABŞ oyunlara Kanada və
Meksika ilə birgə ev sahibliyi edəcək. FIFA stadionlara 5 milyon
azarkeşin gələcəyini bildirib. Milyonlarla digər ziyarətçi də
gözlənilir.
Trampın ikinci prezidentlik dövründə ABŞ-yə turist sayının xeyli
azaldığı bildirilir. Bu arada immiqrantlara qarşı sərt tədbirlərə
əl atılıb, bütün sığınacaq müraciətlərinə baxılması, azı 30 ölkədən
miqrasiya tamamilə dayandırılıb.
Kaliforniya turizm orqanları bu il ştata xarici ziyarətlərdə 9 faiz
azalma olacağını proqnozlaşdırır.
Kanada statistika idarəsi bu ilin iyulunda ABŞ-yə avtomobillə
səyahətlərin 36.9 faiz azaldığını bildirib.
ABŞ-də xarici turizmi sıxışdıran digər addımlar da atılıb. Məsələn,
milli parklara adi giriş haqqından əlavə turistbaşına gündəlik 100
dollarlıq rüsum qoyulub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.