Qırğızıstanda Rusiya təbliğatını tənqid edən fəal saxlanılıb
Qırğızıstanda aktivist Aybek Tenizbay saxlanılıb. Bu barədə AzadlıqRadiosunun qırğız xidməti – "Azattyk" onun qohumlarına istinadla məlumat yayıb.

Tenizbayın evinə gələnlər özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim ediblər.

Fəalın tərəfdarı Maksat Temirbayev BBC-nin qırğız xidmətinə deyib ki, güc strukturlarının əməkdaşları səhər 8:00 radələrində onların evinə gəlib. Onlar Tenizbayın telefonunu, planşetini, anası Anarkul Kasımaliyevanın telefonunu götürüblər. "Mənbələrimizdən dəqiqləşdirdik ki,

onu Dövlət Milli Təhlükəsizlik Komitəsinin Bişkek idarəsinə aparıblar",
– o bildirib.

Aktivistin saxlanılması ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Vəkil Bakıt Avtandil hazırda Bişkekdə xüsusi xidmət idarəsinin qarşısında olduğunu, amma heç bir məlumat ala bilmədiyini söyləyib.

"Aybek Tenizbayın ekstremist xarakterli bəyanatları barədə bilgimiz yoxdur. O, sadəcə tənqid edirdi. Onu saxlanma səbəbini bilmirik", – vəkil vurğulayıb.

"Azattyk" yazır ki, A.Tenizbay Qırğızıstan hakimiyyətini tənqid edib, Rusiya təbliğatına qarşı bir neçə paylaşım edib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google