Məktəblərdə şagird vauçerinin məbləği və həkim/ tibb bacısının əməkhaqqı – yeni qərar
“Gürcü Arzusu” hökuməti 2026-ci il üçün dövlət məktəblərində hər şagirdə hesablanan vauçerin məbləğini müəyyənləşdirib. Müvafiq qərar 12 yanvardan qüvvəyə minib və sənədə İrakli Kobaxidze 9 yanvarda imza atıb.

Bir şagirdə hesablanan maliyyə normativi üzrə standart vauçerin məbləği ötən – 2025-ci il ilə müqayisədə artırılıb.

Bir şagird üçün hesablanan vauçerin məbləği aşağıdakı kimi təsdiqlənib:

Dövlət məktəbləri

üçün – 1-ci sinifdən 8-ci sinifədək

Məktəbdə şagird sayı:
  • 170–205 nəfər olduqda – 456 lari (əvvəl 405 lari idi)
  • 206–299 nəfər olduqda – 426 lari
  • 300–530 nəfər olduqda – 330 lari
  • 531–735 nəfər olduqda – 285 lari
  • 736–1269 nəfər olduqda – 255 lari
  • 1269 nəfərdən çox olduqda – 231 lari (əvvəl 210 lari idi)
Yüksək dağlıq yaşayış məntəqələri üçün:
  • 170–205 nəfər – 726 lari (əvvəl 660 lari)
  • 206–299 nəfər – 675 lari
  • 300–530 nəfər – 495 lari
  • 531–735 nəfər – 450 lari
  • 736–1269 nəfər – 381 lari
  • 1269 nəfərdən çox – 330 lari (əvvəl 315 lari)
Dövlət məktəbləri üçün – 9-cu sinifdən 12-ci sinifədək

Məktəbdə şagird sayı:
  • 170–205 nəfər – 486 lari (əvvəl 435 lari)
  • 206–299 nəfər – 441 lari
  • 300–530 nəfər – 360 lari
  • 531–735 nəfər – 315 lari
  • 736–1269 nəfər – 285 lari
  • 1269 nəfərdən çox – 261 lari (əvvəl 240 lari)
Yüksək dağlıq yaşayış məntəqələri üçün:
  • 170–205 nəfər – 786 lari (əvvəl 720 lari)
  • 206–299 nəfər – 720 lari
  • 300–530 nəfər – 555 lari
  • 531–735 nəfər – 510 lari
  • 736–1269 nəfər – 441 lari
  • 1269 nəfərdən çox – 390 lari (əvvəl 375 lari)
Yeni qərarla əlavə maliyyələşmə:

Məktəbin tibbi kabinetinin və ya tibbi məntəqəsinin fəaliyyətini təmin etmək üçün seçilmiş dövlət məktəblərinə, əsas maliyyələşmədən əlavə olaraq, əmək müqaviləsi ilə çalışan işçilərin əməkhaqqı üçün hər ay əlavə vəsait ayrılacaq:
  • Məktəb həkimi üçün – 960 lari (əvvəl 800 lari)
  • Məktəb tibb bacısı üçün – 800 lari (əvvəl 670 lari)
  • Üstəlik: təqaüd fondu üçün – əməkhaqqının vergi tutulacaq məbləğinin 2%-i
Məktəbdə mandatur xidməti olmayan təhsil müəssisələri üçün:

Hər ay məktəb ərazisində dərs vaxtı təhlükəsizlik və ictimai asayişi təmin edən məsul şəxsin əməkhaqqı üçün əlavə olaraq:
  • 150 lari
  • Üstəlik: təqaüd fondu üçün – əməkhaqqının 2%-i
Bilinqval tədris üçün əlavə maliyyələşmə:

Gürcü dilində tədris aparılmayan dövlət məktəblərində/seqmentlərində dövlət standartlarının bilinqval yanaşma ilə tətbiqi məqsədilə seçilən məktəblərə:
  • Bilingval tədris üzrə mütəxəssis üçün – aylıq 1130 lari
  • Üstəlik: təqaüd fondu üçün - əməkhaqqının 2%-i
Yeni hökumət qərarı ilə, “Ümumi təhsilin maliyyələşdirilməsi üçün bir şagirdə hesablanan maliyyə normativi və müvafiq standart vauçerin məbləğinin müəyyənləşdirilməsi haqqında” 2015-ci il qərarına dəyişiklik edilib.

Mənbə: batumelebi.netgazeti.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google