ABŞ Qəzza sektorunda müharibənin başa çatdırılması planının ikinci
mərhələsinin başladığını elan edib.
Bu haqda prezident Donald Trampın adından onun xüsusi təmsilçisi
Stiv Uitkoff X sosial şəbəkəsində yazıb.
Yeni mərhələ keçid administrasiyasının yaradılmasını,
demilitarizasiya prosesinin başlanmasını və Qəzza sektorunun
bərpasını nəzərdə tutur. ABŞ HƏMAS qruplaşmasından razılaşma
çərçivəsində bütün öhdəliklərin tam yerinə yetirilməsini gözləyir.
Buraya sonuncu israilli girovun cəsədinin
qaytarılması da daxildir.
ABŞ, Avropa İttifaqı HƏMAS-ı terror təşkilatı kimi tanıyır.
"Bu tələblərin yerinə yetirilməməsi ciddi nəticələrə səbəb
olacaq", – S.Uitkoff bildirib.
İsrail və HƏMAS 2025-ci ilin oktyabrında atəşkəsə razılaşıb, Tramp
administrasiyasının sülh planını qəbul ediblər. Birinci mərhələdə
Qəzza sektorundakı bütün sağ qalan və həlak olmuş israilli
girovların fələstinli məhbuslarla dəyişdirilməsi nəzərdə tutulub.
İkinci mərhələdə isə HƏMAS tərksilah olmalıdır.
"The Times of Israel" və "The Wall Street Journal" nəşrləri
HƏMAS-ın silahı yerə qoymaqdan imtina etdiyini, hərbi potensialını
bərpa etdiyini yazır. Mənbələrə görə, İsrail ordusu buna cavab
olaraq Qəzza sektorunda martda yeni quru əməliyyatı planları
hazırlayıb. Amma bu, yalnız ABŞ-nin dəstəyi ilə mümkün ola
bilər.
Hazırda Qəzza sektorunda bir girov qalır – Ran Qvili 2023-cü il
oktyabrın 7-də öldürülərək oraya aparılıb.
Qətər, Türkiyə və Misir danışıqlarda vasitəçilik edirlər. Onlar
Fələstin Muxtariyyətinin təmsilçisi Əli Şaatın rəhbərliyi ilə
Qəzzanın idarə olunması üçün Fələstin texnokrat komitəsinin
yaradılmasını alqışlayıblar. Birgə bəyanatda deyilir ki, bu addım
vəziyyətin sabitləşməsinə, sektorda humanitar durumun
yaxşılaşmasına töhfə verə bilər.
2023-cü ilin oktyabrında Fələstinin radikal HƏMAS qruplaşması
İsrailə hücumundan sonra Qəzzada müharibə başlayıb. İsrailə hücumda
min 200 nəfər öldürülüb. İsrailin bundan sonra Qəzzada başlatdığı
əməliyyatlarda azı 67 min fələstinli qətlə yetirilib. Ötən ilin
oktyabrında ABŞ-nin vasitəçiliyi ilə əldə olunan Qəzza
razılaşmasına əsasən, HƏMAS əsir götürdüyü israilli girovlardan sağ
qalanları buraxıb, öldürülən girovların isə meyitlərini təhvil
verməyə başlayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.