Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda saxlanılan dörd
məhbusun Ermənistana qaytarıldığını bildirib.
Gevorq Sucyan, David Davtyan, Viqen Eulcekyan və Vaqif Xaçatryanı
Azərbaycan qurumlarının təmsilçiləri Hakkari körpüsü vasitəsilə
Ermənistana təhvil veriblər. Onlar hazırda Ermənistan
ərazisindədirlər, oradan da Yerevana aparılırlar.
Paşinyanın sözlərinə görə, ilkin tibbi müayinələr Sucyanın,
Davtyanın və Eulcekyanın səhhətində problem olmadığını göstərib. 70
yaşlı Xaçatryanın sağlıq
durumu da ilkin olaraq qənaətbəxş
qiymətləndirilib. Xaçatryanın dekabrın 22-nə keçən gecə ağırlaşmış
ürək problemləri ilə Azərbaycan həbsxanasından xəstəxananın
reanimasiya şöbəsinə köçürüldüyü bildirilib.
Bu şəxslərə qanunsuz silah saxlama, casusluq, digər ittihamlar
irəli sürülüb. Onlar ittihamları qəbul etməyiblər.
Azərbaycan və Ermənistanın media orqanları bu prosesin Ermənistan
və Azərbaycan arasında bərqərar olan sülh sazişinin praktik
nəticəsi olduğunu yazırlar.
Ermənistan Azərbaycanda daha 19 erməni məhbusun saxlanıldığını
bildirir.
Xatırlatma
V.Xaçatryan 2023-cü ilin noyabrında Azərbaycanda qətllərdə ittiham
edilərək 15 il həbs cəzası alıb. Ona qarşı Cinayət Məcəlləsinin
103-cü (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya
məcburi köçürmə) maddələri ilə ittiham elan olunub. Xaçatryan
məhkəmədə özünü təqsirli bilmədiyini deyib və bəraət istəyib.
G.Sucyan və D.Davtyan casusluqda ittiham edilərək 2021-ci ildə 15
il həbs cəzası alıblar.
V.Eulcekyanın da məhkəməsi də 2021-ci ildə olub. O, muzdlu döyüşçü
kimi Qarabağda hərbi əməliyyatlarda iştirakda və başqa ağır
cinayətlərdə ittiham edilərək 20 il həbs cəzası alıb.
+++
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı
illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi
rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü
ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün
ərazilərində suverenliyini bərpa edib.
Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və
Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini
paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər
görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə
əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi
ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq.
Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü
tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi
vurğulanır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.