“Gənclərdən ibarət hökumət qurmaq imkanı olsaydı, kimə hansı vəzifəni verərdiniz?” – Mixeil Saakaşvili
Məhkəmədə olan Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili öz sosial şəbəkəsində yayılan mesajında belə yazır:

“Əgər sabah hökuməti tamamilə gənclərdən təşkil etmək imkanı olsaydı, kimə hansı vəzifəni verərdiniz?”

Saakaşvili vurğulayır ki, hökumət tərkibinə mütləq “anti-oligarxiya komitəsi” əlavə edilməlidir. Bu komitənin əsas məqsədi oligarxların siyasətdən çıxarılması və gələcəkdə onların siyasətə qayıtmasının qarşısının alınması olacaq.

O, həmçinin qeyd edir ki, Gürcüstanda heç bir vəzifəyə can atmadığını, çünki “vəzifəsi artıq Ukraynada” və orada çox iş görməli olduğunu bildirir.

Mixeil Saakaşvili mesajında yazır:

“Məni maraqlandıran sual budur: sabah hökuməti tamamilə gənclərdən təşkil etmək imkanı olsaydı, kimə hansı postu verərdiniz?”

“Hökumətin tərkibinə mütləq müstəqil anti-korrupsiya bürosu və anti-oligarxiya komitəsi əlavə edilməlidir.”

“Gürcüstanda mən heç bir vəzifəyə can atmıram. Mənim vəzifəm artıq Ukraynada, Avropanın ən böyük və ən əhəmiyyətli ölkəsindədir və orada karyeramı davam etdirmək imkanı var. Ukraynada hələ görüləsi çox iş var.”


Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik

ki, gec olmadan mübarizə aparaq.

Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google