Dünyada milyarderlərin sayı ilk dəfə 3 000 nəfəri keçib. Bu barədə
xeyriyyə təşkilatı Oxfam-ın açıqladığı son hesabatda bildirilir.
Hesabata əsasən, milyarderlərin sərvəti hazırda bütün dövrlərin ən
yüksək səviyyəsinə çatıb. Belə ki, 2025-ci ildə onların ümumi
var-dövləti 2,5 trilyon dollar artaraq 18,3 trilyon dollara
yüksəlib. Bu rəqəm bəşəriyyətin ən yoxsul yarısının – təxminən 4,1
milyard insanın
ümumi sərvətinə bərabərdir.
Qeyd olunur ki, amerikalı milyarderlər sərvətlərində ən kəskin
artımı qeydə alsalar da, dünyanın digər bölgələrində də
milyarderlər sürətlə zənginləşməyə davam ediblər.
Hesabatda bir sıra nümunələr də yer alıb. Onlar arasında Amazon-un
sahibi Ceff Bezosun The Washington Post qəzetini alması, İlon
Maskın Twitter/X platformasını əldə etməsi, Patrik Sun-Şionqun Los
Angeles Times-ı satın alması və ifrat sağçı milyarder Vinsent
Bollorenin Fransanın CNews telekanalına sahib olması
göstərilir.
“Oxfam International”-ın icraçı direktoru Amitab Behar bildirib ki,
“superzənginlərin siyasətə, iqtisadiyyata və mediaya
göstərdiyi nəhəng təsir bərabərsizliyi daha da dərinləşdirib və
bizi yoxsulluqla mübarizədən xeyli uzaqlaşdırıb”.
Oxfam-ın artan qlobal bərabərsizliyə həsr olunmuş illik hesabatı
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun
açılışı ərəfəsində dərc olunub. Forum hər il dünyanın təxminən 1
000 ən varlı insanını, siyasi liderləri və bir sıra fəalları bir
araya gətirir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.