DTX-nin məlumatına görə, 13 yanvarda Dvani kəndi yaxınlığında işğal olunmuş ərazidə saxlanılan iki vətəndaş azad edilib
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, 13 yanvar tarixində Kareli bələdiyyəsinin Dvani kəndi yaxınlığında işğal olunmuş ərazidə qanunsuz olaraq saxlanılan iki Gürcüstan vətəndaşı azadlığa buraxılıb.

“Qanunsuz saxlanılan Gürcüstan vətəndaşlarının azad olunması prosesində mərkəzi hakimiyyətin sərəncamında olan bütün müvafiq mexanizmlər aktiv şəkildə istifadə olunub.

Qanunsuz saxlanılan şəxslərin maraqlarını nəzərə alaraq, prosesə mane olmamaq üçün biz onların ad

və soyadlarının, eləcə də digər detalların açıqlanmasından qəsdən çəkinirdik.

Mövcud təcrübə də göstərir ki, bu kimi hallarda arzuolunan nəticəyə daha asan nail olmaq mümkündür.

Gürcüstanın mərkəzi hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidməti işğal olunmuş ərazilərdə qanunsuz həbsdə saxlanılan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi istiqamətində aktiv işini davam etdirir,”
– deyə məlumatda bildirilir.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google