“Qazprom sənədi ilə bağlı intensiv istintaq hərəkətləri aparılır”
— bu məlumatı Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı açıqlamadan
öyrənirik. Açıqlamada qurum bir media orqanı ilə olan yazışmanı da
dərc edib.
Qiymət artımı ilə bağlı aparılan araşdırma çərçivəsində Milli
Bankın təmsilçisinin, xüsusilə Natiya Turnavanın
dindirilib-dindirilmədiyi barədə suala cavab verən DTX bildirir
ki:
“Kim, nə vaxt və hansı istintaq hərəkətindən sonra dindiriləcək,
yaxud növbəti istintaq tədbiri hansı olacaq — bu məlumatın
açıqlanmasına ehtiyac olub-olmadığını istintaq prosesin öz
maraqlarından çıxış edərək müəyyənləşdirir”.
DTX tərəfindən yayılan məlumatda deyilir:
“İctimaiyyətin və media nümayəndələrinin məlumatlandırılması,
həmçinin düzgün hüquqi praktikanın formalaşdırılması məqsədilə bir
media orqanı ilə aramızda aparılan yazışmanı dərc edirik:
Medianın sualı:
1. Qazprom sənədi ilə bağlı istintaq hansı mərhələdədir?
Araşdırma çərçivəsində hökumət administrasiyasında məlumatın
dərcinə və təhlükəsizliyinə cavabdeh şəxslər — Levan Jorjoliani və
İT təhlükəsizliyinə cavabdeh əməkdaşlar dindirilibmi?
2. Qiymət artımı ilə bağlı araşdırma çərçivəsində Milli Bankın
nümayəndəsi, xüsusilə Natiya Turnava dindirilibmi?
Çünki Konstitusiyaya əsasən, qiymət sabitliyinə görə məsuliyyət
daşıyan qurum odur.
Bundan əlavə, energetika sahəsindəki mümkün korrupsiya faktları ilə
bağlı araşdırma çərçivəsində Natiya Turnava — 2019–2022-ci illərin
iqtisadiyyat naziri dindirilibmi?
DTX-nin cavabı:
“Hər iki məsələ ilə bağlı intensiv istintaq tədbirləri aparıldığını
təsdiqləyə bilərik.
İstintaqın detalları və taktikası — kim, nə vaxt, hansı istintaq
hərəkətindən
sonra dindiriləcək və ya hansı növbəti tədbir həyata
keçiriləcək — bu məlumatın açıqlanmasına ehtiyac olub-olmadığını
istintaq özü müəyyən edəcək.
Xahiş edirik, bunu gələcəkdə də nəzərə alasınız, çünki bəzi media
orqanları tez-tez istintaq hərəkətləri, istintaqın taktikası və
dindirilmə ardıcıllığı ilə bağlı konkret suallar ünvanlayır.”
15 yanvarda Dövlət Təhlükəsizliyi Xidməti açıqlayıb ki, Rusiyanın
dövlət energetika şirkəti Qazprom ilə bağlı müqavilənin
detallarının yayılması faktına görə istintaq sabotaj və kompüter
sisteminə icazəsiz müdaxilə maddələri üzrə başlanıb.
Qurumun məlumatına görə, istintaqa başlamağa səbəb hökumət
administrasiyası tərəfindən daxil olmuş informasiya olub.
Bildirilir ki, administrasiyanın veb-saytına ehtimal olunan
kiberhücum həyata keçirilib və müəyyən manipulyasiyalar aparılıb.
Bu manipulyasiyaların məqsədi yanlış məlumatın ictimaiyyətə
yayılması yolu ilə Gürcüstanın dövlət maraqlarına zərər vurmaq, o
cümlədən ölkə üçün mənfi siyasi və iqtisadi nəticələr yaratmaq
olub.
“Qazprom”un açıqlamasına əsasən, son bir ildə Rusiyadan Gürcüstana
qaz tədarükü 40,4% artıb. Paralel olaraq, Rusiya qaz ixracını Orta
Asiya ölkələrinə də artırıb — Qazaxıstana, Özbəkistana və
Qırğızıstana tədarük 22,2% yüksəlib.
Mənbə: news.on.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.