Trampla Əliyev görüşüb
Yanvarın 22-də Davosda prezident İlham Əliyev ABŞ prezidenti Donald Tramp ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Trampın yenidən hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində prezident Trampın tarixi rolu vurğulanıb.

Artıq regionda

sülhün mövcud olduğunu diqqətə çatdıran Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirib. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını vurğulayıb.

Söhbət zamanı ABŞ prezidentinin sədrliyi ilə yeni yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunulub, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edilib. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması iki ölkənin strateji tərəfdaşlığının təcəssümü kimi qiymətləndirilib.

Davosda İqtisadi Forum yanvarın 19-da başlayıb. Forum ölkələr arasında dialoq mühitinin yaradılmasına həsr edilib. Yeni yaradılan Sülh Şurasına Azərbaycandan başqa bir çox ölkələr də dəvət edilib.


Xatırlatma
Azərbaycanla Ermənistan arasında 30 ildən çox Qarabağ münaqişəsi ilə bağlı gərginlik və müəyyən illərdə hərbi toqquşmalar olub. 2023-cü ildə Azərbaycan tam ərazi bütövlüyünü bərpa etsə də, iki ölkə arasında sülh danışıqları uzun illər nəticəsiz qalıb. Nəhayət, ötən il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Həmin vaxt ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı anlaşma memorandumu da imzalanıb.

Rəsmi Bakının 2024-cü ilin noyabrında D.Tramp ABŞ prezidenti seçilənə qədər Vaşinqtonla münasibətlərində müəyyən soyuqluq müşahidə edilib. ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.

İndi artıq yüksəksəviyyəli təmaslarda hərtərəfli əməkdaşlıq perspektivlərindən bəhs olunduğu açıqlanır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google