Yanvarın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran
İslam Respublikası xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni
qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş
zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son
gərginlik, eləcə də regional məsələlər müzakirə olunub.
Bildirilir ki, V.Cəlalzadə İranda son gərginlik və hazırkı vəziyyət
barədə ətraflı məlumat verib.
C.Bayramov, öz növbəsində, İranda
sabitliyə önəm verdiklərini vurğulayıb, son hadisələr zamanı həlak
olanların ailələrinə başsağlığı diləklərini çatdırıb.
"İki ölkə arasında nəqliyyat, kommunikasiya sahələri
üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub, xüsusilə
Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin
regiondan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol
oynadığı diqqətə çatdırılıb", - məlumatda
vurğulanır.
Cəbrayıl rayonunda Araz çayı üzərində inşa edilən "Xudafərin", "Qız
qalası" hidroqovşaqları və su elektrik stansiyaları (SES) iki
ölkənin birgə layihələridir. Onların arasında Şimal-Cənub
Beynəlxalq Dəhlizi ilə də bağlı əməkdaşlıq var.
Xatırlatma
Azərbaycanın İranla münasibətləri 2023-cü ilin əvvəlində Tehrandakı
səfirliyə hücumdan sonra xeyli gərginləşmişdi. Həmin il yanvarın
27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə
silahlı hücumda səfirliyin bir əməkdaşı həlak olub, ikisi xəsarət
almışdı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən
yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də
keçiriblər.
Ötən ilin sonu, dekabrın 28-dən etibarən İranın bir çox şəhərində
İslam hökumətinə qarşı geniş yayılmış narazılıq və iqtisadi
problemlər fonunda kütləvi nümayişlər başlayıb. Bir neçə həftə
çəkən etirazlar zorakı üsullarla yatırılıb. ABŞ-də yerləşən HRANA
təsdiqlənmiş ölü sayının 5 mindən yuxarı olduğunu, 9 min 787 ölümün
araşdırıldığını bildirir.
İran bundan əvvəl nüvə proqramı və insan haqları məsələsinə görə
müxtəlif sanksiyalarla üzləşib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.