Ötən il Azərbaycanda 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək
28 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) 2025-ci ilin
yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.
Məlumata görə, beş valideyn və 41 aidiyyəti şəxs barədə inzibati
tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb.
Hesabat dövründə 15 qızqaçırma faktı üzrə "adam oğurluğu" maddəsi
ilə cinayət işləri başlanılıb, ümumilikdə 32 şəxs barəsində müvafiq
tədbirlər görülüb.
Rəsmilər son illər ölkədə erkən evliliyin azaldığını
bildirirlər.
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran
Hüseynova bildirmişdi ki, Azərbaycanda 18 yaşına qədər nikaha girən
qızların sayı ən çox 2011-ci ildə olub: "2011-ci ildə 5 min 138 bu
cür hal var idi. O zaman biz təklif etdik ki, Ailə Məcəlləsinə
dəyişiklik olsun və nəticədə 2012-ci ildən bu göstərici
azaldı".
Amma ekspertlər deyir ki, bir çox hallarda erkən evlilik
qeydiyyatdan kənarda baş verir. Onların fikrincə, erkən evliliklə
mübarizədən ötrü sərt tədbirlərdən öncə azyaşlıların təhsildən
kənarda qalmasının qarşısı alınmalıdır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
