İran prezidenti Məsud Pezeşkian deyib ki, ölkəsi nüvə proqramının
dinc məqsədli olduğunu isbatlamaq üçün beynəlxalq müfəttişləri
qəbul etməyə hazırdır.
Bu açıqlama İslam İnqilabının 47-ci ildönümü ərəfəsində səslənir.
Bu arada ABŞ hərbi-dəniz qüvvələrini mümkün hərbi zərbələr üçün
bölgədə hazır vəziyyətə gətirib.
"Biz nüvə silahı əldə etməyə çalışmırıq. Bunu dəfələrlə
bəyan etmişik və istənilən yoxlamaya hazırıq", –
Pezeşkian fevralın
11-də ildönümü tədbirlərində deyib.
Atəşfəşanlıq və "Xameneiyə ölüm" şüarı
Ötən ay
təhlükəsizlik qüvvələri ölkədə kütləvi etiraz aksiyalarına qanlı
divan tutub, minlərlə insan öldürülüb. Fevralın 10-dan 11-nə keçən
gecə yayımlanan videolarda isə ildönümü münasibətilə Tehranda
atəşfəşanlıq görünür, baxmayaraq ki, ölkədə çoxları yaxınlarına
görə yasdadır.
Videolarda "diktatora ölüm" və "Xameneiyə ölüm" şüarları da
səslənir. Əli Xamenei İranın ali dini rəhbəridir.
https://www.youtube.com/shorts/AMqUh5heMhM?feature=share
ABŞ və müttəfiqləri etirazçılara qarşı zorakılığı kəskin pisləyib,
ABŞ bölgədə hərbi qüvvələrini artırıb. ABŞ prezidenti Donald Tramp
Vaşinqtonun etirazçılara dəstək verməyə gəldiyini bildirib.
Fevralın 6-da Omanda ABŞ və İran nümayəndə heyətləri arasında ev
sahibinin vasitəçiliyi ilə danışıqlar keçirilib. Bundan sonra
Vaşinqton İranın neft sektoruna əlavə sanksiyalar tətbiq edib.
Əlavə danışıqların keçiriləcəyi gözlənilir, amma tarixi hələlik
bəlli deyil.
Netanyahu Tramp ilə görüşəcək
Fevralın 11-də
isə İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda Trampla
görüşməlidir. Netanyahunun ofisi bildirib ki, o, İranla bağlı
danışıqlara ölkənin ballistik raket proqramının, Livan, İraq və
Yəməndə Tehranın dəstəklədiyi silahlı qruplara yardım məsələlərinin
də salınmasını istəyir.
Trampın ilk prezidentlik dövründə Milli Təhlükəsizlik Şurasında
çalışmış Aleksandr Qrey AzadlıqRadiosuna bildirib ki, mümkün hərbi
zərbələrin taleyini məhz bu məsələlər müəyyən edəcək, İran
müxalifətinə dəstək məsələsi yox.
"Prezident bu qəddar repressiyaları görmək istəmir.
Amma düşünürəm ki, o, həm də realistdir", – Qrey
deyib. Onun fikrincə, Birləşmiş Ştatların əsas maraqları
baxımından, insan haqlarının dəhşətli şəkildə pozulmasını qınaya
bilər, amma
"biz onların proksi fəaliyyətləri, raket və
nüvə proqramları ilə bağlı dəyişikliklərə nail olmaq üçün daha çox
təsir göstərə bilərik".
ABŞ vitse-prezidenti Cey Di Vens fevralın 11-də Azərbaycanı tərk
edərkən bu mövqeni təsdiqləyən açıqlama verib.
"İran xalqı rejimi devirmək istəyirsə, bu, İran xalqının öz işidir.
Bizim hazırda diqqət yetirdiyimiz məsələ İranın nüvə silahı əldə
etməməsidir. Bu, hətta ilk administrasiya dövründə də prezidentin
siyasətinin əsas istiqaməti olub", – o deyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.