ABŞ Kremlin əsas maliyyə dayağı saydığı neft ixracına yeni
sanksiyalar hazırlayır.
Hər iki partiyadan konqresmenlər yeni qanunvericilik təşəbbüsü
irəli sürüblər.
"Rusiya Neft Gəlirlərinin Azaldılması (DROP) Aktı 2026"nı fevralın
11-də Texasdan respublikaçı konqresmen Maykl Makkol təqdim edib.
Layihə Rusiya mənşəli xam neft və neft məhsullarının alışı, idxalı
və ya bu prosesin təşkilində iştirak edən istənilən xarici şəxs
və
ya quruma hədəfli sanksiyaları nəzərdə tutur.
Məqsəd mövcud sanksiya rejimindəki boşluqları aradan qaldırmaq,
Moskvanın Ukraynadakı müharibəsini maliyyələşdirmək imkanlarını
məhdudlaşdırmaqdır.
"Rusiya energetikası Kremlin müharibə maşınının
canıdır, DROP Aktı bu əsas gəlir mənbəyini
qurudacaq", – Makkol qanun layihəsini elan edərkən
bildirib.
"Kölgə donanması" boşluğunun
qapadılması
2022-ci ildə Rusiya Ukraynaya qarşı
genişmiqyaslı işğala başlayandan Qərb hökumətləri Moskvaya ardıcıl
sanksiyalar tətbiq ediblər. Rusiyadan neft ixracına maksimum qiymət
limiti qoyulub. Di gəl, Rusiya "kölgə donanması" adlandırılan köhnə
tankerlər, mürəkkəb üçüncü tərəf sxemləri ilə xam nefti bu həddən
yuxarı qiymətlərlə daşıyır. DROP Aktı məhz bu sistemi birbaşa hədəf
alır.
Təşəbbüs müəlliflərinə görə, qanun layihəsi Rusiyanın iki böyük
neft şirkətinə mövcud məhdudiyyətləri gücləndirəcək, bəzi
alıcıların beynəlxalq limitdən yuxarı qiymət qoymasına imkan verən
boşluqları aradan qaldıracaq.
"Vaxtı çoxdan çatmış addım"
Konqresdə Ukrayna Kokusunun həmsədri Marsi Kaptur bu aktın mənəvi
tərəfini vurğulayır.
"Rusiya neftinin ticarətində
iştirak edirsənsə, Putinin qanunsuz müharibəsini
maliyyələşdirirsən", – deyən konqresmen neft
gəlirlərini kəsərək münaqişənin ədalətli həlli perspektivini
gücləndirməyi "vaxtı çoxdan çatmış addım" adlandırıb.
Atlantika Şurasının Avrasiya Mərkəzinin direktor müavini Şelbi
Maqid də bu təşəbbüsü "vacib və vaxtında atılmış addım" sayır. O,
fevralın 12-də AzadlıqRadiosuna deyib ki, qanunvericilik aktı
Ukraynaya hər iki partiyanın dəstəyini nümayiş etdirir. Maqid
2025-ci ilin Ukraynada dinc sakinlər üçün ən ölümcül il olduğunu,
Rusiyanın enerji infrastrukturuna davamlı zərbələrini yada
salır.
Amma təhlilçilər onu da qeyd edirlər ki, Konqresdə hər iki
partiyanın dəstəyi qanunvericilik aktının avtomatik qəbulu demək
deyil. ABŞ-nin Ukraynanın iqtisadi bərpası üzrə xüsusi elçisinin
müavini olmuş Tayson Barkerin fikrincə, Konqres rəhbərliyi
administrasiyanın razılığı olmadan qanunvericilik aktını müzakirəyə
çıxarmağa tərəddüd edə bilər.
"Ən qətiyyətli addım administrasiyanın qanunvericiliyə
dəstəyi olar", – o vurğulayır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.