İndoneziya aprelin əvvəlində Qəzzada mümkün sülhməramlı qüvvəsinin
tərkibi üçün min hərbçi hazırlayır.
Bunu fevralın 16-da ordunun sözçüsü bildirib.
Sözçü Donni Pramononun dediyinə görə, hərbçi göndərməklə bağlı
yekun qərarı İndoneziya prezidenti Prabovo Subianto verəcək. Onun
sözlərinə görə, iyunadək Qəzzaya göndərilməyə toplam 8 min əsgər
hazır olacaq.
Prezident Prabovo bu həftə ABŞ prezidenti Donald Trampın sədrliyi
ilə Sülh Şurasının ilk rəsmi iclasına qatılacaq.
Şuranın yaradılması Tramp administrasiyasının Qəzzada sülh planının
bir hissəsidir, məqsəd İsrail ilə HƏMAS qruplaşmasının apardığı
müharibəni dayandırmaqdır. Sülh
Şurasının yaradılmasını BMT-nin
Təhlükəsizlik Şurası qətnaməsi ilə təsdiqləyib. ABŞ və Aİ HƏMAS-ı
terrorçu kimi tanıyıb.
İndoneziya Xarici İşlər Nazirliyi (XİN) fevralın 14-də bildirib ki,
ölkə hərbçilərinin Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvəsində
iştirakı heç bir tərəflə siyasi münasibətlərin normallaşdırılması
kimi yozulmamalıdır.
Cakarta İsraili tanımır və onunla diplomatik münasibətlərə malik
deyil.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.